AIMC (Azerbaijan International Mining Company)
Şirkət haqqında:
1998-ci ildə fəaliyyətə başlayan Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti Azərbaycanın ən böyük qızıl, mis və gümüş hasilatı şirkətlərindən biridir. Şirkət ölkə üzrə ümumi sahəsi 2 400 kvadrat kilometrdən çox olan səkkiz əməliyyat müqaviləsi sahəsində fəaliyyət göstərir və həm açıq, həm də yeraltı mədənlərin istismarını həyata keçirir.
AİMKLŞ daxili kəşfiyyat fəaliyyəti nəticəsində aşkar edilmiş metal filizi yatağı əsasında Azərbaycanda yeraltı mədən inşa edən ilk şirkət olmuşdur. Müasir hasilat və emal texnologiyalarından istifadə edən şirkət filizlərin xüsusiyyətlərinə uyğun olaraq müxtəlif emal üsulları tətbiq etməklə qızıl dore və mis konsentratı istehsal edir.
Geoloji tədqiqatlar, hasilat metodları və faydalı qazıntıların emalı sahəsində bir sıra yeniliklərə imza atan AİMKLŞ Azərbaycanın dağ-mədən sənayesinin inkişafına mühüm töhfə verir. Son illərdə şirkət yeni mis mineralizasiyası sahələri müəyyən etmiş və ölkənin mis ehtiyatlarının inkişafına yönəlmiş fəaliyyətlərini genişləndirmişdir.
AİMKLŞ, Böyük Britaniyada qeydiyyatdan keçmiş Anglo Asian Mining PLC-nin törəmə şirkəti olaraq, qlobal əhəmiyyət daşıyan mis, qızıl və gümüş resurslarının səmərəli və davamlı şəkildə inkişaf etdirilməsini strateji prioritetlərindən biri hesab edir.
Əlaqə vasitələri:
Ekologiya üzrə Texnik (Gədəbəy & Ağdərə)
Vəzifə öhdəlikləri
- Mədən sahələrində müntəzəm ekoloji monitorinq və yoxlamalar aparmaq;
- Şirkətin fəaliyyətinin ekoloji qanunvericiliyə, normativ tələblərə və ekoloji icazələrin şərtlərinə uyğunluğunu izləmək;
- Torpaq, yerüstü və yeraltı suların, hava keyfiyyətinin və tullantıların idarə olunması üzrə monitorinq işlərini həyata keçirmək;
- Ekoloji riskləri müəyyən etmək, uyğunsuzluqları aşkar etmək və onların aradan qaldırılması üçün tədbirlər təklif etmək;
- Daxili və xarici ekoloji auditlərdə iştirak etmək;
- Rekultivasiya, eroziyaya qarşı mübarizə, ətraf mühitin bərpası və mühafizəsi tədbirlərinə nəzarət etmək;
- Toplanmış ekoloji məlumatları qeydiyyata almaq, təhlil etmək və müvafiq hesabatlar hazırlamaq;
- Ekoloji hadisələrin araşdırılmasında və zərurət yarandıqda fövqəladə hallara cavab tədbirlərində iştirak etmək;
- Topoqrafik xəritələri, mühəndislik çertyojlarını, kəsikləri və icazə sənədlərini təhlil etmək;
- Ətraf mühitin mühafizəsi sahəsində şirkət daxili prosedur və qaydalara əməl olunmasına dəstək vermək.
Tələblər
- Təbiət və ya tətbiqi elmlər, Ekologiya, Ekologiya Mühəndisliyi, Mədən Mühəndisliyi, Geologiya, Hidrometerologiya, Aqronomiya, Meşəçilik, Biologiya, Əməyin Mühafizəsi və ya digər əlaqəli ixtisaslar üzrə bakalavr təhsili;
- Ekologiya, ətraf mühitin idarə olunması, ekoloji monitorinq və ya əlaqəli sahədə minimum 2 il iş təcrübəsi;
- Ekoloji qanunvericilik və mədən sənayesində tətbiq olunan ekoloji tələblər barədə biliklər;
- Ekoloji monitorinq, yoxlamalar, auditlər və uyğunluq prosesləri barədə anlayış;
- Eroziyaya nəzarət, rekultivasiya, yerüstü və yeraltı suların mühafizəsi sahəsində biliklər;
- Topoqrafik xəritələri, mühəndislik planlarını və texniki sənədləri oxumaq və şərh etmək bacarığı;
- Analitik düşünmə, problem həll etmə və hesabat hazırlama bacarığı;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Google Earth, QGIS və ekoloji monitorinq avadanlıqları ilə işləmək bacarığı üstünlük hesab olunur;
- İngilis dili biliyi üstünlükdür;
- Məcburi köçkün namizədlərə üstünlük veriləcəkdir.
İş yeri və şəraiti
- İş yeri: Gədəbəy və Ağdərə, Azərbaycan;
- İş qrafiki: Növbəli iş qrafiki;
- Yaşayış yeri şirkət tərəfindən təmin edilir.

























