Azəriş LTD
Şirkət haqqında:
'AZƏRİŞ LTD' MMC distribüter şirkəti kimi fəaliyyətinin əsası 1998cü ildə qoyulmuşdur. Şirkət fəaliyyətinə xarici fabriklərin istehsal etdiyi məhsulları ölkəmizdə dağıtımını həyata keçirməklə başlamışdır.
'AZƏRİŞ LTD' halhazırda içki sektorunda ölkəmizin ən aparıcı distribüter şirkətlərindən biridir. Beynəlxalq şirkətlərin, zavod və fabriklərin etibarlı partnyoru olan 'AZƏRİŞ LTD' un portfoliosuna 'Erdinger', 'BitBurger', 'Benediktiner', 'Hofbräuhaus', 'Weihenstephaner', 'Budweiser', 'Pražačka', 'Blanche Bruxelles', 'Жигули', 'Башспирт', 'Swell', 'Sırma', 'KH Colorado', 'Organik Vodka', 'Öz Su' və s. kimi aparıcı brendlər daxildir. 'AZƏRİŞ LTD' distribüter şirkəti olaraq halhazırda 1500dən artıq ticarət nöqtəsinə 150dən çox məhsul çeşidinin satışını həyata keçirir.
Əlaqə vasitələri:
Brend Menecer
Şirkətimizə peşəkar Brend Menecer axtarılır.
Vəzifə öhdəlikləri:
- Şirkətin brend strategiyasını hazırlamaq, həyata keçirmək və inkişaf etdirmək;
- Bazar araşdırmaları aparmaq, rəqibləri və istehlakçı davranışlarını analiz etmək;
- Brendin bazarda mövqeyini gücləndirmək üçün marketinq və reklam fəaliyyətlərini planlaşdırmaq və koordinasiya etmək;
- Reklam kampaniyaları, PR layihələri, promo aksiyalar və təqdimatların təşkilini və icrasını idarə etmək;
- Reklam agentlikləri və daxili komandalarla əməkdaşlıq edərək reklam materiallarının hazırlanmasını və prosesin icrasını təmin etmək;
- Brend standartlarının bütün satış nöqtələrində tətbiqinə və müştəri təcrübəsinin yüksəldilməsinə nəzarət etmək;
- Yeni məhsulların bazara çıxarılması və satış kanalı strategiyalarının hazırlanmasında iştirak etmək;
Tələblər:
- Bəy və ya xanım namizəd;
- Yaş: 25+;
- Minimum 2 il iş təcrübəsi;
- Azərbaycan dilini mükəmməl, rus və ingilis dillərini yaxşı səviyyədə bilməsi;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Analitik düşünmə, planlama və ünsiyyət bacarıqları;
- Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq.
İş şəraiti:
- Əmək haqqı: 1000 AZN+ (namizədin bilik və təcrübəsinə uyğun olaraq );
- İş qrafiki: 5 günlük iş rejimi;
- Rahat və peşəkar iş mühiti;
- Karyera inkişafı imkanı.























