Nur Collection
Şirkət haqqında:
Nur Collection MMC 2021-ci ildən etibarən öz yerli geyim brendini yaradaraq qadın və uşaq geyimləri istehsalına başlamışdır.
Əlaqə vasitələri:
Bağban (Gəncə)
“Nur Collection” MMC “Bağban (Gəncə)” vəzifəsinə vakansiya elan edir.
Əmək haqqı: Razılaşma yolu ilə
İş şəraiti
- 6 günlük iş həftəsi
- Ünvan: Gəncə şəhəri
Əsas Vəzifələr:
- Ağac, gül və digər bitkilərə gündəlik qulluq etmək;
- Bitkiləri suvarmaq, gübrələmək və alaq otlarını təmizləmək;
- Ağac və kolları mövsümə uyğun budamaq;
- Yaşıllıq sahələrinin təmiz və səliqəli saxlanılmasını təmin etmək;
- Bitkilərdə xəstəlik və zərərvericiləri müşahidə etmək və rəhbərliyə məlumat vermək;
- İş zamanı bağ alətlərindən düzgün və təhlükəsiz istifadə etmək.
Namizədə tələblər:
- Bağbanlıq sahəsində iş təcrübəsi arzuolunandır;
- Bitkilərə qulluq qaydalarını bilmək;
- Məsuliyyətli, səliqəli və diqqətli olmaq;
- Fiziki iş görmək bacarığı.






















