Gallco Construction & Engineering Company
Şirkət haqqında:
Gallco Construction is an engineering and construction company specializing in steel structures, prefabricated buildings, and infrastructure works. The company ensures high quality and efficiency across all project stages — from design and production to installation. Its key strength lies in its highly skilled engineering team, delivering optimal, durable, and innovative solutions in every project.
Əlaqə vasitələri:
Maliyyə Menecerinin Assistenti
Gallco Construction Maliyyə Menecerinin Assistenti vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə tələblər
- Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya əlaqəli ixtisas üzrə ali təhsil;
- Maliyyə və ya mühasibatlıq sahəsində iş təcrübəsinin olması arzuolunandır;
- Maliyyə sahəsində ilkin praktiki iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək;
- Microsoft Excel proqramını yaxşı səviyyədə bilmək (Pivot Table, VLOOKUP/XLOOKUP və digər əsas funksiyalar);
- Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
- Analitik düşünmə və maliyyə məlumatlarını təhlil etmə bacarığı;
- Yüksək məsuliyyət, dəqiqlik və məxfilik prinsiplərinə riayət etmək;
- Komandada işləmək və güclü ünsiyyət bacarıqları;
- Azərbaycan dilini sərbəst bilmək;
- İngilis dili biliyi üstünlük hesab olunur.
Əsas vəzifələr
- Gündəlik maliyyə məlumatlarının toplanması, emalı və sistemləşdirilməsində iştirak etmək;
- Büdcə və xərc analizlərinin hazırlanmasına dəstək göstərmək;
- Maliyyə sənədlərinin hazırlanması, yoxlanılması və arxivləşdirilməsini təmin etmək;
- Maliyyə hesabatlarının hazırlanması üçün məlumatların toplanması və düzgünlüyünün yoxlanılmasında iştirak etmək;
- Maliyyə Menecerinin gündəlik fəaliyyətinə operativ dəstək göstərmək;
- Mühasibatlıq və digər struktur bölmələri ilə maliyyə məlumatlarının koordinasiyasını təmin etmək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Təklif edirik
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
- Əmək haqqı: 1 000 – 1 200 AZN;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
- Stabil və peşəkar iş mühiti.






















