Azinvest İnşaat
Şirkət haqqında:
Şirkət yaşayış binalarının, ictimai və sənaye obyektlərinin, habelə telekommunikasiya obyektlərinin tikintisi, təmiri və yenidən qurulması və digər tikinti-quraşdırma işlərinin aparılması ilə məşğuldur.
Əlaqə vasitələri:
Sahə elektriki
Vəzifə öhdəlikləri
- Elektrik sistemlərin, cihazların və komponentlərin müntəzəm olaraq yoxlanılması, profilaktik baxımın aparılması və təmiri;
- Elektrik təhlükələrin və kənarlaşma hallarının müəyyən edilməsi;
- Elektrik sistemdə olan nasazlıqların və uyğunsuzluqların aradan qaldırılması;
- Müvafiq elektrik cizgilərin oxunması, cizgilərə uyğun olaraq avadanlıqların və xətlərin müəyyən edilməsi;
- Elektrik sistemlərin və avadanlıqların müvafiq ölçmə və sınaq alətləri vasitəsi ilə sınaq edilməsi;
- Aşınmış avadanlıqların təmiri və bərpa edilməsi;
- Elektrik avadanlıqların dəyişdirilməsi üçün təkliflərin verilməsi;
- Elektrik işlər üzrə hesabatların hazırlanması və təqdim edilməsi;
- Yeni elektrik avadanlıq və cihazların quraşdırılması;
- Əmək təhlükəsizlik qaydalarına və fəaliyyət göstəriciləri tələblərinə riayət edilməsi.
Tələblər
- Ali təhsil Elektrika sahəsi üzrə
- Tikinti sahəsində ümumi olaraq 3 ildən yuxarı iş təcrübəsi;
- İnnovativ standartlara uyğun işləməyi bacarmalı;
- İşə planlı yanaşma, vaxtı idarəetmə bacarıqları.
- Yaşayış və istismar sahələrinə dair elektrik standartlar və tələblər üzrə əsaslı biliklər.
İş yeri: Xankəndi, Kəlbəcər

























