Azerbaijan Poultry Company
Şirkət haqqında:
“Azerbaijan Poultry Company” MMC 2012-ci ildə regionların inkişafı üzrə dövlət proqramı çərçivəsində yaradılmış yüksək texnoloji şirkətdir. Şirkətin əsas fəaliyyəti "Mərcan" brendi altında ekoloji cəhətdən təmiz və yüksək keyfiyyətli toyuq əti istehsalıdır.
Əlaqə vasitələri:
Marketinq şöbəsinin mütəxəssisi
Vakansiya haqqında məlumat:
- Şirkətin marketinq strategiyasının hazırlanması və icrasında iştirak etmək;
- Rəqəmsal və ənənəvi marketinq kampaniyalarını planlamaq və idarə etmək;
- Sosial media platformaları üzrə kontent planının hazırlanmasını və icrasını koordinasiya etmək;
- Bazar araşdırmaları aparmaq, rəqibləri təhlil etmək və hesabatlar hazırlamaq;
- Reklam agentlikləri və digər tərəfdaşlarla əməkdaşlığı təşkil etmək;
- Brendin tanıtımı və korporativ tədbirlərin təşkilinə dəstək vermək;
- Marketinq fəaliyyətlərinin effektivliyini ölçmək və rəhbərliyə mütəmadi hesabat təqdim etmək.
Tələblər:
- Ali təhsilli;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Marketinq sahəsində minimum 2 il iş təcrübəsi;
- Rəqəmsal marketinq alətləri və sosial media platformaları üzrə biliklər;
- Dil bilikləri: Azərbaycan dilində səlis danışıq və yazı, rus və ingilis dillərini bilməsi üstünlükdür
- Gərgin mühit və qrafikdə səmərəli işləmə bacarığı
- Analitik düşüncə, kreativ yanaşma, ünsiyyət və təqdimat bacarığı.
İş şəraitinin şərtləri
- İş qrafiki: 09:00-18:00;
- İstirahət günü: Həftədə 2 dəfə (Şənbə, Bazar günü)
- Ə/h müsahibə əsasında təyin olunur.



















