Maffin
Şirkət haqqında:
Şirkət haqqında
Maffin — rəqəmsal həllər sahəsində ixtisaslaşmış bir agentlikdir. Bizneslərin inkişafına dəstək olmaq məqsədilə müasir texnologiyalardan istifadə edərək müxtəlif sahələrdə innovativ və effektiv həllər təqdim edirik. Əsas fəaliyyət istiqamətlərimiz aşağıdakılardır:
- E-ticarət: Məhsulların rəqabətə davamlı və əlçatan olması üçün sürətli və hazır həllər təqdim edirik.
- Məlumatların toplanması və işlənməsi: Müasir sistemlər vasitəsilə məlumatların effektiv şəkildə toplanması və analizini təmin edirik.
- Rəqəmsal həllər: Müəssisələr və fərdi şəxslər üçün yeni və qabaqcıl rəqəmsal həllərin hazırlanması ilə məşğuluq.
10 illik təcrübəmizlə fərqli innovasiyalar təklif edirik.
Əlaqə vasitələri:
Satış Məsləhətçisi (Telesales / Digital Solutions)
Maffin.tech (www.maffin.az ) 15 ildən çox təcrübəsi ilə müəssisələr üçün HRM, ERP, davamiyyətə nəzarət və süni intellekt əsaslı rəqəmsal həllər təqdim edir.
Komandamıza telefon satışında aktiv və nəticəyönümlü Satış Məsləhətçisi axtarırıq.
Vəzifə öhdəlikləri
- Potensial korporativ müştərilərlə telefon, WhatsApp, e-mail və digər onlayn kanallar vasitəsilə ilk əlaqəni qurmaq;
- Məhsul və xidmətlərimizi təqdim etmək, görüşlər təyin etmək və satış prosesini idarə etmək;
- Müştərinin ehtiyacını müəyyən edərək uyğun həlli təklif etmək;
- Müştəri məlumatlarını CRM-də qeyd etmək və gündəlik hesabat vermək.
Tələblər
- Satış və ya telesatış sahəsində təcrübə üstünlükdür;
- Güclü ünsiyyət və inandırma bacarığı;
- Azərbaycan dilində səlist danışıq (Rus və ya İngilis dili üstünlükdür);
- Aktiv, məsuliyyətli və satış hədəflərinə fokuslanan olmaq;
- Təcrübəsi olmayan, lakin satış bacarığına güvənən və öyrənməyə həvəsli namizədlər də müraciət edə bilərlər.
Biz nə təklif edirik?
- 5 günlük iş qrafiki (Şənbə və Bazar istirahət);
- Bütün bayramlarda ödənişli istirahət;
- Fix+(təcrübədən asılı olaraq) + yüksək satış bonusları;
- Rəsmi əmək müqaviləsi;
- ERP, HRM, AI və digər korporativ texnologiya məhsulları üzrə praktiki bilik və təcrübə qazanmaq imkanı;
- Satış, danışıqlar və rəqəmsal həllər üzrə davamlı təlim və peşəkar inkişaf dəstəyi;
- Qısa müddətdə Satış Lideri (Sales Team Lead) vəzifəsinə yüksəlmə imkanı;
- Gələcəkdə şirkət daxilində digər sahələrə keçid və inkişaf imkanı;
- Müasir və rəqəmsallaşmış iş mühiti.
CV-nizi qeyd olunan elektron poçt ünvanına (mövzu: "Telesales Satış Məsləhətçisi") göndərin və ya +994 77 220 67 67 nömrəsi ilə WhatsApp və zəng vasitəsilə bizimlə əlaqə saxlayın.






















