Cronos Construction
Şirkət haqqında:
Şirkətin fəaliyyət növü sənaye və mülki obyektlərin tikintisi, daxili təmir və tamamlama işləri, bünövrə qazıntısı və qazıntı materiallarının daşınması, tikinti işləri aparılacaq sahələrdə yararsız göllərin doldurulması və qurudulması, süni göllərin qurulması, sahələrin tikintiyə hazırlanması, tikinti sonrası abadlaşdırma, isitmə, soyutma, havalandırma, yanğından mühafizə, su təchizatı və kanalizasiya sistemlərinin, qazanxana və nasosxananın quraşdırılmasından ibarətdir.
Əlaqə vasitələri:
Memar
Vəzifə öhdəlikləri:
- Konsept və layihə həllərinin hazırlanması
- Müxtəlif miqyaslı layihələr üçün funksional və estetik planların işlənməsi
- Rəng, forma, material və məkan əlaqələrinin harmonik qurulması
- Texniki sənədlərin hazırlanması
- İşçi çertyojlar, kəsiklər, fasadlar və digər sənədlərin dəqiqliklə işlənməsi
- Normativlərə və texniki tələblərə uyğunluğun təmin edilməsi
- Komanda daxilində əməkdaşlıq
- Rəhbərliklə və digər memarlarla ortaq işləmə bacarığı
- Dizaynerlər, konstruktorlar və mühəndislərlə koordinasiyalı fəaliyyət
- Layihə təqdimatları və vizuallaşdırma
- Layihələrin vizual təqdimatı üçün eskiz və ya 3D təqdimatların hazırlanması
- Müştəri qarşısında materialların təqdimatı və izahı.
Tələblər:
- Memarlıq üzrə ali təhsil;
- Müvafiq sahədə minimum 2-3 il iş təcrübəsi;
- AutoCAD, ArchiCAD, 3D Max və digər dizayn proqramlarını bilmə;
- İngilis dili biliyi
- İşə qarşı məhsuliyyətli, dəqiq, səmimi, nizam-intizamlı;
- Tapşırılan işi vaxtında yerinə yetirmək;
- Kreativ, zöqlü, süarətli işləmə bacarığı;
- Müstəqil və komanda şəklində işləmək bacarığı.



















Cronos Construction