Veysəloğlu MMC
Şirkət haqqında:
“Veysəloğlu” MMC fəaliyyətinə 1994-cü ildə Türkiyədən qida məhsullarının idxalı ilə başlayıb və Veysəloğlu Şirkətlər Qrupunun təməli bu şirkət ilə qurulub. 1997-ci ildən etibarən şirkət öz fəaliyyətini genişləndirərək dünyanın bir çox tanınmış markalarının nümayəndəliklərini alıb və hazırda 4000-dən çox çeşiddə məhsulun ölkə üzrə distribusiyasını həyata keçirir. Şirkət Bakıda yerləşən baş ofisi ilə yanaşı, Mingəçevir və Salyanda yerləşən regional ofisləri və 2500-ə yaxın əməkdaşı ilə xidmət göstərir.
Əlaqə vasitələri:
Kimyaçı Mühəndis
Əsas vəzifə öhdəlikləri:
- Laboratoriyada mövcud cihaz və avadanlıqlardan istifadə etməklə AZS, QOST, ISO və digər beynəlxalq standartlara uyğun fiziki-kimyəvi analizlərin aparılması;
- Laboratoriya cihaz və avadanlıqlarının gündəlik nəzarətinin, texniki baxışının və istismarının təmin edilməsi;
- Analiz nəticələrinin düzgün sənədləşdirilməsi və müvafiq hesabatların hazırlanması;
- Reaktivlərin, məhlulların və standart nümunələrin təsdiq edilmiş prosedurlara uyğun hazırlanması;
- Laboratoriyada əməyin mühafizəsi, təhlükəsizlik və sanitariya qaydalarına riayət olunmasının təmin edilməsi;
- Analiz metodlarının təkmilləşdirilməsi, validasiya, verifikasiya və keyfiyyət təminatı proseslərində iştirak;
- Reaktivlərin, sərf materiallarının və laboratoriya ləvazimatlarının uçotunun aparılması, ehtiyatlara nəzarət və sifarişlərin təşkili;
- Aşkar edilmiş uyğunsuzluq və nasazlıqlar barədə rəhbərliyin məlumatlandırılması və onların aradan qaldırılması prosesində iştirak;
- Laboratoriya fəaliyyətinin ISO/IEC 17025 standartı və daxili prosedurların tələblərinə uyğun həyata keçirilməsi.
Vəzifə tələbləri:
Təhsil:
- Kimya, biologiya və ya qida mühəndisliyi üzrə ali təhsil.
Təcrübə:
- Ən azı 1 il laboratoriya və ya sınaq fəaliyyəti üzrə təcrübə (arzuolunandır).
Dil bilikləri:
- Azərbaycan dili – əla səviyyədə;
- İngilis və rus dilləri – arzuolunandır.
Kompüter bilikləri:
- MS Office, Outlook proqramlarından sərbəst istifadə bacarığı.
Texniki və normativ biliklər:
- Laboratoriya avadanlıqları və cihazlarının texniki iş prinsipləri və qulluğu üzrə bilik;
- Təhlükəsizlik və əməyin mühafizəsi qaydalarını bilməli;
- ISO/IEC 17025 və digər texniki normativ sənədlərlə bağlı məlumatlı olmalı;
- Ölçmə və analiz metodikaları, dövlət standartları ilə işləmək bacarığı;
- Analitik düşüncə və çevik qərarvermə bacarığı;
Sertifikatlar:
- ISO/IEC 17025 üzrə təlim və ya sertifikat (arzuolunandır).
İş şəraiti
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
- Əmək haqqı: Müsahibə əsasında təyin olunur
Təminatlar:
- Servis xidməti
- Nahar təminatı



















Veysəloğlu MMC