NBCO KredAqro
Şirkət haqqında:
KredAqro, 2000-ci ildə ABŞ –ın Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycanda Kənd Təsərrüfatının Kreditləşdirilməsi Layihəsi çərçivəsində Azərbaycanın doqquz regionunda sahibkarlara maliyyə xidmətlərinin göstərilməsi üçün yaradılmışdır. Onun əsası,ACDI/VOCA (Kənd Təsərrüfatının Kooperativ İnkişafı) ABŞ-ın qeyri-hökumət beynəlxalq inkişaf təşkilatı və Azərbaycan Kənd Təsərrüfatının Kreditləşdirilməsi Layihəsinin içraçısı tərəfindən qoyulmuşdur. Kredaqro, bu layihə çərçivəsində, ABŞ –dan texniki yardım və 3 milyon dəyərində kredit kapitalı almışdır. 2008 –ci ildə ABŞ –ın Beynəlxalq İnkişaf Agentliyi KredAqro-nun təsisçisi olan ACDI/VOCA –ya KredAqro-nun tam mülkiyyət hüququnu vermişdir.
Kredit əməliyyatların aparılması üçün KredAqro-ya Azərbaycanın Mərkəzi Bankı tərəfindən müddətsiz Xüsusi icazə (lisenziya) verilmişdir.
Əlaqə vasitələri:
Problemli Kreditlər Şöbəsinin Yığım Operatoru
“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC Problemli Kreditlər Şöbəsinin Yığım Operatoru vəzifəsinə işçi axtarışı elan edir.
İş qrafiki: 2/2 növbəli sistem (09:00-21:00)
Əsas vəzifə və öhdəliklər:
- Problemli kreditlərin sağlamlaşdırılması və borcun qaytarılması istiqamətində zəng vasitəsilə tədbirlərin həyata keçirilməsi;
- Problemli kreditlərlə iş üzrə müxtəlif hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;
- Ödənişi gecikən kredit məhsullarının təhlilini department rəhbərinə təqdim etmək;
- Zənglərin statistikasını və hesabatını təşkil etmək.
Tələb olunan keyfiyyətlər:
- Ali təhsil;
- Bank sahəsində qeyd olunan vəzifə üzrə ən azı 1 (bir) il iş təcrübəsi;
- Yaxşı səviyyədə Excel bilikləri;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Müştərilərlə davranış etikası.



















NBCO KredAqro