166 Yükdaşıma və Logistika
Şirkət haqqında:
2012-ci ildə fəaliyyətinə bir neçə yük maşını ilə başlayan “166 Yükdaşıma və Logistika” brendi hazırda yükdaşıma və logistika sahəsi üzrə ölkənin qabaqcıl şirkətlərindən biridir. Yüklərin daşınması yalnız ölkədaxili sərhədlərlə məhdudlaşmır, həmçinin beynəlxalq arenada da həyata keçirilir.
Daim müştərilərimizin xidmətində olmaq və operativ xidmət göstərmək məqsədilə 166 qaynar xəttimiz 7/24 ölkənin istənilən nöqtəsindən zəngləri qəbul edir.
Göstərdiyimiz xidmətin müştərilərimizə rahat və əlçatan olması məqsədilə xidmət sahələrimiz genişlənməyə davam edir. Şirkətimiz yükdaşıma sahəsi ilə fəaliyyətə başlasa da, hazırda müxtəlif kompleks xidmətləri – yükdaşıma, logistika, evakuasiya, işçi qüvvəsi, usta, anbar, təmizlik və xalça yuma xidmətlərini müştərilərinə təqdim edib.
Xidmətlərimizin daha əlçatan olması üçün sərfəli qiymət və hər bir bölgəyə xidmət anlayışları ilə çalışırıq.
166 brendi altında fəaliyyət göstərən hər bir xidmətin keyfiyyətinin ölçülməsi bizim üçün olduqca vacibdir. Bu məqsədlə, mütəmadi olaraq müştərilərimizin göstərilən xidmətlər üzrə fikirlərini öyrənir, təklif və iradlarına əsasən xidmət keyfiyyətini daim təkmilləşdiririk. (ISO 9001:2015 - Keyfiyyət İdarəetmə Sistemi, ISO 45001:2018 - Peşə Sağlamlığı və Əməyin Təhlükəsizliyi İdarəetmə Sistemi və ISO 14001:2015 - Ətraf Mühitin İdarəetmə sistemi üzrə beynəlxalq sertifikatları)
Əlaqə vasitələri:
Satış meneceri
Namizədə tələblər:
-
Yalnız xanım namizədlər;
-
Satış sahəsində minimum 1 il iş təcrübəsi;
-
Ali və ya orta ixtisas təhsili;
-
Azərbaycan və Rus dillərində səlis danışıq;
-
MS Word və MS Excel proqramlarında işləmək bacarığı;
-
Müştərilərlə effektiv ünsiyyət və satış aparmaq bacarığı;
-
Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq;
-
Komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
-
Müştərilərdən daxil olan sorğuları qəbul etmək və təmizlik xidmətləri barədə ətraflı məlumat vermək;
-
Müştərilərin ehtiyacına uyğun xidmətlərin satışını həyata keçirmək;
-
Sifarişlərin qeydiyyatını aparmaq və sistemə daxil etmək;
-
Müştəri məmnuniyyətini təmin etmək və uzunmüddətli əməkdaşlıq münasibətlərini qorumaq;
-
Satış planlarının icrasına dəstək göstərmək və gündəlik hesabatları hazırlamaq.
İş şəraiti:
-
İş qrafiki: 6 günlük;
-
Əmək haqqı: 800 azn +bonus
-
İş yeri: Yasamal rayonu.
Uyğun namizədlərdən CV-lərini “Satış meneceri” başlığı altında [email protected] ünvanına göndərməkləri xahiş olunur.



















166 Yükdaşıma və Logistika