166 Yükdaşıma və Logistika
Şirkət haqqında:
2012-ci ildə fəaliyyətinə bir neçə yük maşını ilə başlayan “166 Yükdaşıma və Logistika” brendi hazırda yükdaşıma və logistika sahəsi üzrə ölkənin qabaqcıl şirkətlərindən biridir. Yüklərin daşınması yalnız ölkədaxili sərhədlərlə məhdudlaşmır, həmçinin beynəlxalq arenada da həyata keçirilir.
Daim müştərilərimizin xidmətində olmaq və operativ xidmət göstərmək məqsədilə 166 qaynar xəttimiz 7/24 ölkənin istənilən nöqtəsindən zəngləri qəbul edir.
Göstərdiyimiz xidmətin müştərilərimizə rahat və əlçatan olması məqsədilə xidmət sahələrimiz genişlənməyə davam edir. Şirkətimiz yükdaşıma sahəsi ilə fəaliyyətə başlasa da, hazırda müxtəlif kompleks xidmətləri – yükdaşıma, logistika, evakuasiya, işçi qüvvəsi, usta, anbar, təmizlik və xalça yuma xidmətlərini müştərilərinə təqdim edib.
Xidmətlərimizin daha əlçatan olması üçün sərfəli qiymət və hər bir bölgəyə xidmət anlayışları ilə çalışırıq.
166 brendi altında fəaliyyət göstərən hər bir xidmətin keyfiyyətinin ölçülməsi bizim üçün olduqca vacibdir. Bu məqsədlə, mütəmadi olaraq müştərilərimizin göstərilən xidmətlər üzrə fikirlərini öyrənir, təklif və iradlarına əsasən xidmət keyfiyyətini daim təkmilləşdiririk. (ISO 9001:2015 - Keyfiyyət İdarəetmə Sistemi, ISO 45001:2018 - Peşə Sağlamlığı və Əməyin Təhlükəsizliyi İdarəetmə Sistemi və ISO 14001:2015 - Ətraf Mühitin İdarəetmə sistemi üzrə beynəlxalq sertifikatları)
Əlaqə vasitələri:
Audit üzrə mütəxəssis
Vəzifə öhdəlikləri:
-
Filial və xidmət göstərilən obyektlərdə audit yoxlamalarının aparılması;
-
Xidmət keyfiyyətinin və daxili standartlara uyğunluğun qiymətləndirilməsi;
-
Aşkar edilən uyğunsuzluqlar barədə hesabatların hazırlanması;
-
Rəhbərlik tərəfindən verilən digər audit tapşırıqlarının yerinə yetirilməsi.
Namizədə tələblər:
-
Xanım namizədlər;
-
Audit sahəsində iş təcrübəsi;
-
Azərbaycan və rus dillərində səlis danışıq bacarığı;
-
Şəhəri yaxşı tanımaq;
-
Nəqliyyat vasitəsini idarə etmək bacarığı (şəxsi nəqliyyat vasitəsi olan namizədlərə üstünlük veriləcək).
İş şəraiti:
-
Əmək haqqı: 1000 AZN + bonus;
-
İş qrafiki: 6 günlük;
-
İş yeri: Yasamal rayonu.
Uyğun namizədlərdən CV-lərini “Audit üzrə mütəxəssis” başlığı altında [email protected] ünvanına göndərməkləri xahiş olunur.



















166 Yükdaşıma və Logistika