Business Insight International Research Group
Şirkət haqqında:
Business Insight International Research GROUP (Bundan sonra Business Insight) Azərbaycanda “PROCON GFK” adı altında xarici sərmayəli şirkət kimi 1998-ci ildə təsis edilmişdir. Business Insight daxili struktur dəyişikliklərinə gedərək 2004-cü il may ayından etibarən Azərbaycanda yerli özəl şirkət olaraq fəaliyyətinə davam etməkdədir.
Business Insight 1998-ci ildə fəaliyyətə başladığı dövrdən etibarən yerli və xarici şirkətləri, təşkilatları marketinq, sosial araşdırmalar və promo kampaniyalar sahəsində yüksək keyfiyyətli xidmətlərlə təmin etməkdədir.
Business Insight şirkətinin 1998-ci ildən etibarən müxtəlif sahələrdə fəaliyyət göstərməklə əldə etdiyi geniş biliklər və nou-xau, peşəkar heyət və müasir avadanlıqlar ona öz rəqibləri arasında fərqlənməyə imkan verir.
Hər bir layihənin həyata keçirilməsində Business Insight üçün keyfiyyət ən önəmli amildir. Business Insight bütün marketinq, sosial araşdırma layihələrini və promo kampaniyaları ICC/ESOMAR-ın Marketinq və Sosial Araşdırma Təcrübəsi üzrə Məcəlləsində öz əksini tapan ən yüksək peşəkar və etik standartlara və ISO 20252 beynəlxalq standartının tələblərinə müvafiq olaraq həyata keçirir
Əlaqə vasitələri:
Office Manager
Şirkətimizə Ofis meneceri vəzifəsinə məsuliyyətli xanım əməkdaş axtarılır.
Vəzifələr:
- Qonaqları peşəkar səviyyədə qarşılamaq (çay, su, kofe təqdim etmək)
- Ofisin daxili nizam-intizam qaydalarına riayət olunmasına nəzarət.
- Dəftərxana və təsərrüfat ləvazimatlarının sifarişi, inventar uçotunun aparılması.
- Rəhbərliyin və ya qonaqların qarşılanması, iclasların, ezamiyyət (otel/bilet) rezervasiyalarının təşkil olunması
- Ofisin səliqə və təmizliyinə nəzarət etmək
- Rəhbərliyin tapşırıqlarını yerinə yetirmək
Tələblər:
- Yaş həddi: 25 yaşdan -40 yaşa qədər
- Təmizkar və məsuliyyətli olmaq
- Xoş görünüşlü və səliqəli olmaq
- Mehriban və ünsiyyətcil davranış
- Verilən tapşırıqları vaxtında icra etmək
İş qrafiki:
- 6 günlük iş rejimi
- Əməkhaqqı: 600 AZN






















Business Insight International Research Group