Satış üzrə kiçik inzibatçı
İş haqqında məlumat:
- Şirkət tərəfindən alınan və satılan yeni avtomobillərin qeydiyyatı ilə bağlı prosesləri həyata keçirmək və müvafiq sənədləşməni aparmaq;
- Şirkətin satış bazasının məlumatlarını təkmilləşdirilməsi, satış müqavilələrinin hazırlanmasını və uçotunu təmin etmək;
- Avtomobillərlə bağlı inzibati xətalar və radar bildirişləri üzrə dövlət qurumlarından daxil olan məktubları araşdırmaq, cavab məktubu hazırlamaq və aidiyyəti üzrə icrasını təmin etmək;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları dəqiq, keyfiyyətli və müəyyən edilmiş müddətlərdə yerinə yetirmək.
Tələblər:
- Ali təhsil;
- Dil bilikləri: Azərbaycan dili səlist, rus və ingilis dilləri arzuolunandır;
- Kompüter və ofis texnikasından istifadə etmə bacarığı;
- MC Office proqramlarını bilməli;
- Yaş: 21-25;
- Yüksək ünsiyyət qurma bacarığı.
İş şəraiti:
- Həftədə 5 iş günü, İş saatı 09:00-18:00
- Əmək haqqı: 500 AZN

























