Blue City Yaşayış Kompleksi
Şirkət haqqında:
Öz füsunkar memarlığı ilə göz oxşayan "Blue City" yaşayış kompleksi Xırdalan ərazisində yaşam üçün geniş imkanları ilə seçilən komplekslərdən biri olacaq.
“Blue City" layihəmiz Xırdalan şəhəri, Həsən Əliyev 7 ünvanında Bakı Mühəndislik Universitetinin yanında yerləşir.
Ərazisindəki ən böyük yaşayış kompleksi olan “Blue City” layihəsində 16 və 14 mərtəbəli olmaqla toplamda 25 yaşayış binası vardır. Ümumilikdə 1, 2, 3 otaqlı mənzillərə sahib olan ecazkar memarlıq layihəsinin göz oxşayan mənzərəsi sakinlərinə valehedici gözəllik bəxş edəcəkdir.
Bizim amalımız sizin rahat və keyfiyyətli mənzillərdə yaşamağınızdır. Şirkətimizin başlıca məqsədi müştərilərimizin qısa zamanda evlərinə yerləşməsini təmin etməkdir. Bunun üçün də sizin etimadınızı doğrultmaq üçün dayanmadan fəaliyyət göstəririk.
Hal-hazırda, binalarda ardıcıl və intensiv olaraq tikinti işləri gedir ki, bu da öz növbəsində ilk sakinlərinin mənzillərə sahib olmaq arzusunu reallaşdırmaqdan ötrüdür.
Əlaqə vasitələri:
Gözətçi
Tələblər:
- Təhsil: Orta
- Cins: kişi
- Yaş həddi: 19-45 yaş
- Boy: 1.75+
- Həqiqi hərbi xidmət keçmiş (kişi)
- Azərbaycan dilini bilməli;
- Dəqiqlik, səbrlik və məsuliyyətlik
İş şəraiti
- İş rejimi - növbəli, qrafikə uyğun tənzimlənir.
- Əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi əsasında tənzimlənir.
- Əmək haqqı: 550-700AZN (Namizədin təcrübəsinə uyğun olaraq müsahibə əsnasında təyin edilir)
- Ünvan: Xırdalan Blue City
Vəzifə öhdəlikləri:
- Təlimata əsasən tapşırılan obyektin müəyyən olunmuş vaxt çərçivəsində mühafizəsinin təşkili;
- Növbə sırasında tapşırılmış ərazini tam nəzarətdə saxlamaq və növbənin tələb etdiyi şəkildəicra etmək;
- Xidmət qabağı təlimatdan sonra təyin olunmuş postu təhvil alır;
- Baş verən hadisə barədə növbə rəisini mütəmadi olaraq məlumatlandırmaq;
- Obyekti periodik olaraq gəzərək, göstərilən təlimatların icrasını həyata keçirmək;
- Giriş qapısını və digər tapşırılan obyektləri daimi olaraq nəzarətdə saxlamaq;
- Gecə və ya gündüz növbə sırasında təhlükəli görünən, şübhəli vəziyyətlə bağlı lazım gəldiyi təqdirdə növbə rəisinə məruzə etmək;

























