AYES
Şirkət haqqında:
AYES şirkəti şirkətlərdə biznes axışlarının tənzimlənməsi, A-da Z-ə proseslərin izlənməsi məqsədilə bizneslərdə avtomatlaşdırma və sistemləşdirmə işlərini həyata keçirir. Şirkətlərdə insan yükünü azaldaraq, sistemli və avtomatlaşdırılmış menecment proseslərini şirkətlərin ehtiyaclarına uyğun inteqrasiya edərək, bizneslərə daha effektiv həllər təqdim edir.
Əlaqə vasitələri:
İT Biznes Analitik
Vəzifə öhdəlikləri
- Software layihələri çərçivəsində maraqlı tərəflərlə görüşlərin təşkili, iş sahəsinin öyrənilməsi və tələblərin dəqiqləşdirilməsi
- Tələblərin analiz edilməsi, optimallaşdırılması, əsas və alternativ yanaşmaların (modellərin) müəyyən edilməsi və tərəflərlə razılaşdırılması
- İT biznes proseslərinin diaqram və sxemlər əsasında vizual təsviri (BPMN əsasında proses diaqramları, Use Case-lərin hazırlanması)
- Toplanmış və təhlil edilmiş məlumat əsasında İT həllərin işlənib hazırlanması
- Müxtəlif növ hesabat və dashboard-ların hazırlanması
- Biznes tələbləri əsasında texniki tapşırıqların (TT) hazırlanması
- Tələblərin prioritetləşdirilməsi, "tapşırıqlar hovuzu"nun formalaşdırılması, ilkin icra planının hazırlanması və deadline-ların müəyyən edilməsi
- Proqramçılar, layihə menecerləri və digər əlaqədar şəxslərlə əməkdaşlıq edərək layihələrin düzgün həyata keçirilməsini təmin etmək
- Hazırlanan səhifə və funksionallıqların ilkin qəbul testlərinin aparılması
- Layihənin keyfiyyətinə, zamanına və büdcəsinə nəzarət prosesində iştirak etmək
- İT komanda və istifadəçilər üçün təlimlərin keçirilməsi və təqdimatların hazırlanması
Əsas tələblər
- Kompüter elmləri, İnformasiya Texnologiyaları və ya əlaqəli sahələrdə bakalavr və ya magistr dərəcəsi
- Proqram təminatı layihələrində minimum 1 il İT Biznes Analitik və ya Məhsul Sahibi kimi iş təcrübəsi
- Task management alətləri ilə iş təcrübəsi
- AGILE, SCRUM bilikləri və komanda ilə iş təcrübəsi
- MS Office proqramları ilə iş təcrübəsi (irəli səviyyədə Excel biliyi üstünlükdür)
- Orta səviyyə UI/UX bilikləri
- Texniki tapşırıq (TT) və proses modelləri (BPMN) hazırlamaq bacarığı
- Yüksək analitik təhlil və doğru tələb formalaşdırma bacarığı
- Operativ qərarvermə bacarığı və punktuallıq
- Fikrini dəqiq, dolğun və səlis təqdim etmə bacarığı
- Orta səviyyə API və SQL (PostgreSQL) bilikləri
- Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (texniki sənədləri anlamaq və ünsiyyət üçün kifayət edəcək səviyyədə), Rus dili (arzuolunandır)
- Yaxşı səviyyədə təşkilatçılıq və kommunikasiya bacarıqları
İş şərtləri
- İş qrafiki: B.e.–Cümə, 09:00–17:00
- Əmək müqaviləsi: Rəsmi
- Əmək haqqı: Müsahibə zamanı təyin ediləcək
Biz nə təklif edirik?
- İT Biznes Analitik üçün mentorluq və inkişaf planı
- Real layihələr üzərində işləmək imkanı
- Mehriban və peşəkar komanda
- Karyera inkişaf perspektivi (Junior → Middle → Senior)






















AYES