Aqrar İnnovasiya və Təchizat Şirkəti
Şirkət haqqında:
Əsas fəaliyyət istiqaməti olaraq, Azərbaycanın gübrə və kənd təsərrüfatı istehsal vasitələri bazarını hədəfləyən Aqrar İnnovasiya və Təchizat Şirkəti (AISCO) 2019-cu ildən fəaliyyətə başlamışdır.
Şirkət qısa zaman ərzində yüksək potensiallı gənc kadrları öz ətrafında toplayaraq, müasir texnologiyaların tətbiqi ilə fəaliyyətini təşkil etmişdir.
Əlaqə vasitələri:
Marketinq Təcrübəçi (Paid Internship)
Marketinq dünyasına ilk addımını atmağa hazırsan?
Əgər sosial media, rəqəmsal alətlər, AI texnologiyaları və yaradıcı ideyalar səni həyəcanlandırırsa, komandamıza qoşulmaq üçün doğru zamandır.
Sən bu proqramda nə edəcəksən:
- Sosial media və marketinq fəaliyyətlərində komandaya dəstək olacaqsan;
- Bazar və rəqib araşdırmaları aparacaqsan;
- Kontent ideyalarının hazırlanmasında iştirak edəcəksən;
- Təqdimatların, hesabatların və marketinq materiallarının hazırlanmasına dəstək göstərəcəksən;
- Sosial media paylaşımlarının hazırlanması prosesinə qoşulacaqsan;
- AI və müxtəlif rəqəmsal alətlərdən istifadə edərək tapşırıqların icrasında iştirak edəcəksən;
- Marketinq layihələri və tədbirlərdə komandanı dəstəkləyəcəksən;
- Gündəlik operativ tapşırıqları yerinə yetirəcəksən.
Səndən nə gözləyirik:
- Marketinq və rəqəmsal sahəyə maraq;
- Araşdırma və məlumat toplama bacarığı;
- Kompüter və internet alətlərindən sərbəst istifadə;
- Sosial media platformaları haqqında ümumi bilik;
- Məntiqi düşünmə və sürətli öyrənmə qabiliyyəti;
- Məsuliyyətli və öyrənməyə açıq yanaşma;
- Microsoft Office proqramlarında baza bilikləri;
- Azərbaycan dilində yazılı və şifahi ünsiyyət bacarığı;
- Komandada işləmək bacarığı.
Üstünlük hesab olunur:
- Canva, ChatGPT və digər rəqəmsal alətlərlə işləmək bacarığı;
- İngilis dili biliyi.
Biz nə təklif edirik:
- Ödənişli təcrübə proqramı
- Real marketinq layihələrində iştirak imkanı
- Təcrübə müddətini uğurla tamamlayandan sonra iş imkanı
- Peşəkar inkişaf və öyrənmə mühiti
İş şəraiti
- Ünvan: Çinar Park Biznes Mərkəzi
- İş saatları: 08:30 – 17:30
- İş qrafiki: 5 günlük

