By Telecom

Şirkət haqqında:
Bytelecom şirkəti 2011-ci ildən etibarən Azərbaycanın mobil telefon bazarının ən etibarlı və dinamik brendlərindən olan dünyaca məşhur olan firmaların orijinal aksesuarları və elektron məhsullarının satışını təşkil edir. Qarşıdakı illərdə Azərbaycanda ən geniş mağazalar şəbəkəsinə malik olmağı hədəfləyən Bytelecom, müştərilərinə müxtəlif növ telefonları münasib qiymətə nağd və ya sərfəli kredit şərtləri ilə təklif edir. Bir çox dünya brendlərinin elektronik məhsullarının Azərbaycanda satışını həyata keçirir. Mövcud bazar şəraitinə yeni bir səs gətirməyə hazırlaşan Bytelecom, tezliklə daha böyük əraziləri əhatə etməyi planlaşdırır. Münasib qiymət strategiyası, sərfəli kredit şərtləri ilə şirkət bazarda qısa bir müddət ərzində alıcı kütləsinin diqqətini cəlb etmiş və məhsulların kütləvi satışına başlamışdır.
Əlaqə vasitələri:
Məişət məhsulları üzrə kateqoriya meneceri
Vəzifə öhdəlikləri
- Ali təhsil
- Məişət məhsullarının satışı sahəsində ən azı 3 il iş təcrübəsi
- Müvafiq sahə üzrə isə 2 illik təcrübə
- Xarici dil biliyi: Rus dili biliyi mütləqdir
- MS Excel biliyi: Yüksək səviyyədə
- 1C-də işləmə bacarığı
- Analitik düşünmə qabiliyyəti və komanda ilə işləmə bacarığı
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına müvafiq olaraq müsahibə zamanı müəyyən olunacaq. 1000 AZN - 2000 AZN aralığında Və ümümi aylıq Bonus tətbiq olunacaq.
Əsas vəzifə öhdəlikləri:
- Satınalma prosesinin vaxtında, prosedur və qaydalara uyğun olaraq icra edilməsi;
- Müvafiq hesabatları hazırlayır və rəhbərə təqdim edir;
- Məişət məhsulları üzrə bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin bazarda araşdırılması;
- Satınalma fəaliyyəti və xərcləri barədə hesabatların qeydiyyatının aparılması və təqdim edilməsi
- Ən uyğun təchizatçı və tədarükçülərin seçimi, yazışmaların və danışıqların aparılması, görüşlərin təşkil edilməsi;
- Təchizatçı və tədarükçü bazasının yaradılması, təchizatçıların və tədarükçülərin qiymətləndirilməsi;
İş şəraiti:
- İş vaxtı: 9.00 – 18.00
- İş rejimi: 5/2
- Ünvan: Bakı şəhəri, Həsən Əliyev 3 C
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.