189 Taxi

Şirkət haqqında:
189 TAXI xidməti Bakıda ilk taksi sifarişi xidmətidir. Sifarişlər 189 nömrəli Çağrı Mərkəzi, 189taxi.az saytı və Android və iOS mobil tətbiqləri vasitəsi ilə həftənin 7 günü, günün 24 saatı qəbul edilir. Sumqayıt şəhərinin sakinləri də *0189 nömrəsinə zəng edərək taksi sifariş edə bilərlər.
189 TAXI xidməti 2009-cu ilin dekabr ayından etibarən Bakıda fəaliyyət göstərir. Bu tarix ərzində, şirkətdə 15,000-dən artıq sürücü qeydiyyatdan keçmişdir.
Əlaqə vasitələri:
Korporativ Satış mütəxəssisi
Tələblər:
- Ali təhsili;
- Korporativ satışdan bilik və təcrübə
- Azərbaycan-səlis, rus - yaxşı
- Komandada işləmə bacarığı;
- Müştərilərlə işləmək bacarığı;
- İşgüzar danışıqlar aparma qabiliyyəti;
- Xoş gorünüşlü, gülərüz;
- Punktual, məsuliyyətli, məqsədyönlü;
- Aktiv və çalışqan.
İş öhdəlikləri:
- Potensial müştərilərin tapılması üzrə axtarışların keçirilməsi;
- Yeni müştərilərin(şirkətləri) cəlb edilməsi (müştərilərlə görüş almaq, görüşlər keçirmək, təkliflər hazırlamaq);
- Satışın həyata keçirilməsi;
- Müştəri ilə sıx əməkdaşlıq;
- Satış haqqında gündəlik və aylıq hesabatların hazırlanması.
- Rəhbərliyin işlə bağlı digər göstərişlərinin yerinə yetirilməsi
İş şəraiti:
- Ofis-şəhərin mərkəzində
- 5 günlük iş qrafikı, 9.00-18.00
- Əmək haqqı + bonus – müsahibə nəticəsi əsasında müəyyənləşdirilir
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərsinlər.