Zeytun Pharmaceuticals

Şirkət haqqında:
“Zeytun Pharmaceuticals” MMC - 09 oktyabr 2014-cü ildə təsis edilmişdir. Ölkə hüdudları üzrə 1200-dən çox apteklərə sahib olan “Zeytun Pharmaceuticals” MMC geniş bir şəbəkəyə malik olmaqla yanaşı ölkənin bütün bölgələrində daxili və xarici bazarlardan təchiz edilmiş dərman vasitələrinin topdan və pərakəndə satışı üzrə fəaliyyətini həyata keçirir. Ölkənin əczaçılıq sektorunda idxalçısı olduğu yüksək keyfiyyətli əczaçılıq məhsulları ilə seçilən Şirkətimiz Azərbaycan səhiyyə sisteminin istər dövlət, istərsə də özəl sektorunda fəaliyyət göstərən səhiyyə qurumlarına və bütün əhaliyə xidmətinlərini göstərməkdədir. Ən əsası Şirkətin qazandığı bütün uğurların özəyi isə loyallılıq və etimadlılıq sütunları üzərində formalaşdırılmış peşəkar heyət və idarəetmə standartlarıdır. Məhz bu peşəkar heyət və idarəetmə standartları hesabına da Cəmiyyətimizin uğurlarının hüdudları bitməzdir....
Əlaqə vasitələri:
Mühafizəçi
Vəzifə funksiyaları
- İş fəaliyyəti zamanı təhlükəsizlik strukturuna aid olan təlimatların tələblərinə riayət etmək, kameralara nəzarət etmək və şirkət əməkdaşlarının yoxlanılmasını həyata keçirmək.
Tələblər:
- Təhlükəsizlik sahəsində minimum 1 il iş təcrübəsi
- Cinsi: Kişi
- Yaş həddi: 22-35;
- Namizədin iş yerinə yaxın ərazidə yaşaması şərtdir.
İş şərti:
- İş qrafiki: 6 günlük iş həftəsi, Növbəli iş qrafiki (1-ci növbə:08:00-15:00, 2-ci növbə:15:00-22:00)
- İş yeri: Masazır qəsəbəsi, R.Dünyamalıyev küçəsi (Palitra zavodunun arxası);
- Nahar şirkət tərəfindən təmin edilir;
- Əmək haqqı: 630 AZN
Maraqlanan şəxslər CV-ni Müraciət et butonunda qeyd olunan email ünvanına göndərə bilərlər.