SR Group Co MMC

Şirkət haqqında:
Biz sosial məsuliyyəti dərk edərək davamlı inkişafa, innovasiyaya və etibarlılıq prinsipinə inanaraq müxtəlif sahələr üzrə fəaliyyət göstərən şirkətlər qrupuyuq. Bizim dəyərlərimiz bizim iş prinsipimizin əsas meyarlarını təşkil edir.
Əlaqə vasitələri:
Tikinti Layihə Rəhbəri (İş icraçısı)
Tələblər:
- İnşaat mühəndisliyi və ya müvafiq ixtisas üzrə ali təhsil
- Tikinti sahəsində layihə rəhbəri kimi ən az 5 il iş təcrübəsi
- Tikinti normaları və texniki sənədlərlə işləmə bacarığı
- MS Project, AutoCAD, Excel proqramlarında sərbəst işləmə bacarığı
- Güclü liderlik və təşkilatçılıq qabiliyyəti
Əsas vəzifələr:
- Tikinti layihələrinin planlaşdırılması, təşkili və həyata keçirilməsi
- İş qrafikinin hazırlanması və icra prosesinə nəzarət
- Layihənin büdcəsinin idarə olunması, xərclərə nəzarət
- Sahədə işin texniki və keyfiyyət standartlarına uyğun aparılmasına nəzarət
- Podratçı və subpodratçılarla əlaqələrin qurulması və idarə olunması
- Tikinti işlərinin müvafiq dövlət qurumlarının tələblərinə uyğun icra olunmasına nəzarət
- Tikinti sahəsində gündəlik işlərin təşkil olunması və icrasına nəzarət
- Layihə üzrə işlərin planlaşdırılmış qrafikə uyğun yerinə yetirilməsini təmin etmək
- Texniki sənədlərə və layihəyə əsasən işin icrasına nəzarət
- İşçi heyətinə rəhbərlik və əməyin təhlükəsizliyi qaydalarına nəzarət
- Tikinti materiallarının düzgün və qənaətli istifadəsinin təmin olunması
Qeyd: Əmək haqqı müsahibə əsasında təyin olunur
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər CV-lərini Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvana təqdim edə bilərlər.