Chenot Palace
Şirkət haqqında:
Mükəmməl detoks və gümrahlaşdırıcı Şeno Metoduna® əsaslanan Chenot Palace Gabala, heyranedici təbiətin sükut və əmin-amanlığı ilə əhatə olunmuş Nohur gölünün sahilində yerləşir. Struktur bütünlüklə sağlamlığın möhkəmləndirilməsi və səhhətin yaxşılaşdırılmasına təşviq olunub və hal-hazırda 6000 m2 sahədə müasir tibbi spa mərkəzi yerləşdirilib. Burada hər bir qonaq Chenot xidmətlərindən, tibbi və spa prosedurlarından yararlanır, tibbi müayinədən keçir və pəhriz qaydalarına riayət edir. Məqsəd - bədən və zehnin bərpası və detoksikasiyasıdır. Bunlarla yanaşı, burada əlavə tibbi estetik prosedurlar, yüksək səviyyəli metabolik laboratoriya, -110° C krio kamera, fiziki sağlamlığı yoxlama üçün anti-gravitasiya texnologiyası və hündürlük kamerası da var. Qonağın kompleks və sistemli üsullar əsasında tibbi müayinədən keçməsi və müasir vasitələrlə ona diaqnozun qoyulması, xüsusi tibb mütəxəsisslərinə qonağın fiziki sağlamlığının carı vəziyyətini qiymətləndirməyə, onun fərdi tələblərini anlamağa və individual prosedur üçün plan tərtib etməyə imkan yaradır.
Əlaqə vasitələri:
SƏTƏM üzrə Menecer
İş yeri: Qəbələ şəhəri
Əsas vəzifə öhdəlikləri:
- Müəssisədə SƏTƏM işinin təşkili və koordinasiyası;
- İşçilərin SƏTƏM qanunvericiliyi və normativ aktlara uyğun fəaliyyətinə nəzarət;
- Müəssisənin SƏTƏM fəaliyyəti üzrə təhlillər apararaq rəhbərliyə hesabatların təqdim edilməsi və inkişaf tədbirlərinin təklif olunması;
- Bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınmasına yönəlik profilaktik tədbirlərin hazırlanması və həyata keçirilməsi;
- Sahə üzrə mütəmadi yoxlamaların aparılması, aşkar olunan nöqsanların sənədləşdirilməsi və aradan qaldırılması üçün tədbirlərin hazırlanması və icrası;
- İşəgötürən və işçilərə SƏTƏM sahəsində məsləhətlərin verilməsi;
- Sağlam və təhlükəsiz əmək şəraitinin təmininə nəzarət;
- Risk qiymətləndirməsinin aparılması və tədbirlər planının hazırlanması;
- İş hadisələrinin araşdırılması və nəticələrin təhlili əsasında qarşısının alınması tədbirlərinin işlənib hazırlanması;
- SƏTƏM sahəsində statistik məlumatların toplanması və rəhbərliyə təqdim olunması;
- Peşələr üzrə SƏTƏM təlimatlarının hazırlanması və işçilərə müvafiq təlimlərin keçirilməsi;
- İşçilərin fərdi mühafizə vasitələrinin yoxlanılması və istifadəsinə nəzarət;
- Sanitar-gigiyena, texniki və yanğın təhlükəsizliyi normalarına əməl olunmasına nəzarət;
- HACCP prinsiplərinə uyğun qida təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi;
- Dövlət orqanları tərəfindən aparılan yoxlamalara hazırlıq və uyğunsuzluqların aradan qaldırılması üzrə tədbirlərin icrası;
- Müəssisədə sanitar-gigiyena standartlarına riayət olunmasına nəzarət;
- Aylıq və illik hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi;
- Müəssisə rəhbərinin və SƏTƏM üzrə funksional rəhbərin verdiyi tapşırıqların icrası.
Texniki bacarıqlar:
- SƏTƏM üzrə əmək qanunvericiliyi və texniki təhlükəsizlik sahəsində biliklər;
- Təhlükəsiz iş metodları və risklərin qiymətləndirilməsi üzrə biliklər;
- Təlim və inkişaf sahəsində bacarıqlar.
Səriştələr:
- Yüksək məsuliyyət və təşkilati bacarıqlar;
- Problem həll etmə və komanda ilə əməkdaşlıq bacarıqları;
- Güclü şifahi və yazılı ünsiyyət bacarıqları;
- Prinsipiallıq və etik davranışlara sadiqlik;
- Prosedur və qaydalara ciddi riayət etmək bacarığı;
- Operativ qərarvermə və icraetmə qabiliyyəti;
- Diqqətlilik və detallara xüsusi önəm vermək.
Namizədlərə tələblər:
- Ali təhsil;
- Azərbaycan dilində sərbəst danışmaq və yazmaq bacarığı, rus və ingilis dillərini bilmək üstünlükdür;
- SƏTƏM və əməyin mühafizəsi sahəsində ən azı 5 il iş təcrübəsi;
- SƏTƏM sahəsində müvafiq sertifikatların olması;
- Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmaq;
- MS Office proqramları ilə sərbəst işləmək bacarığı.
Təklif olunan iş şəraiti:
- Digər bölgələrdən gələn namizədlər üçün qonaqlama imkanı;
- Servis xidməti (nəqliyyat təminatı);
- Korporativ mobil nömrə;
- İşçi yeməkxanasında gündəlik qidalanma təminatı;
- TABİA Group-a məxsus otel və SPA mərkəzlərində xüsusi endirim imkanları.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.