Caspident

Şirkət haqqında:
Caspident MMC 1995 -cı ildən stomatoloji ticarətlə məşğuldur. Əsas işimiz stomatoloji məhsulların, alətlərin və avadanlıqların topdan və pərakəndə satışını təşkil etməkdir.
Əlaqə vasitələri:
Moto-kuryer
Tələblər:
- Moto-kuryer, şirkətin və ya müştərilərin sifarişlərini təyin olunan ünvanlara çatdırmaq üçün motosikletdən istifadə edir;
- Bu iş xüsusilə tibbi məhsul və avadanlıqların və digər kiçik ölçülü yüklərin sürətli və təhlükəsiz şəkildə çatdırılması üçün nəzərdə tutulur.
- Moto-kuryer sahəsində 1 il iş təcrübəsi olmalı;
- Aydın nitq, xoş görünüş və təqdimat qabiliyyəti;
- Yaş həddi: 22-35 yaş
- Şəxsi Motosikletə malik olmaq.
- Naviqatordan (WAZE) istifadə bacarığı;
İş haqqında məlumat:
- Müştərilərə və ya şirkətə məxsus məhsulları düzgün və vaxtında çatdırmaq;
- Sürətli və təhlükəsiz hərəkət etmək üçün yol vəziyyətini və hava şəraitini nəzərə almaq;
- Sifarişləri düzgün şəkildə qəbul etmək və çatdırıldıqdan sonra müştəriyə təhvil vermək.
- Şirkətin müəyyən etdiyi qaydalara uyğun olaraq sürüş emək;
- Bakı şəhərində müxtəlif istiqamətlərdə və zonalarda işləmək.
- Müştəri məmnuniyyətini təmin etmək, hər hansı bir problem yaranarsa, dərhal xəbərdar etmək.
İş şərtləri:
- 6 günlük iş rejimi
- Şənbə günü 10:00-dan 16:00-dək
- Əmək haqqı namizədin bilik və bacarıqlarına müvafiq müsahibə zamanı müzakirə olunacaq.
- İşyeri: Bakı şəhəri;
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et butonunda qeyd olunan elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “ Moto-kuryer” qeyd etməyiniz xahiş olunur.