AZZA Cake House

Şirkət haqqında:
10 ildən çoxdur ki, müştərilərimiz hər məhsulun ən yaxşısı və mükəmməlini əldə edirlər. Uzun illər boyu siz həyatınızda olan mühüm və əlamətdar günlər üçün hədiyyə olaraq tort, şirniyyat və digər məhsulların seçimində bizə etibar edirsiniz. “AZZA” – adı yüksək keyfiyyət və xüsusi zövq sözləri ilə sinonim olub.
Biz sizi və yaxınlarınızı sevindirmək üçün ən yaxşı şirniyyatçı və aşbazları işə cəlb etdik, dünyanın müxtəlif alkoqollu içkiləri, şokolad və çay brendləri ilə əməkdaşlıq etdik.
Əlaqə vasitələri:
Nəzarətçi Xırdalan
Tələblər:
- Orta təhsil
- Cinsi –kişi
- Səliqəli, punktual
- İşinə məsuliyyətli və diqqətli yanaşma
Vəzifə öhtəlikləri:
- Giriş və çıxışa nəzarət
- İşçilərə nəzarət
- Maşınların giriş və çıxışlarının qeydiyyatı
Şirkət təklif edir:
- Rəsmi qeydiyyat
- Nahar yeməyi
- Əmək haqqı - 550 azn
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini Müraciət et butonunda qeyd olunan elektron ünvanına, mövzu hissəsində vəzifənin adı “Nəzarətçi Xırdalan” qeyd olunmaqla, göndərə bilərlər.