Clopos

Şirkət haqqında:
Clopos restoran biznesləri üçün yeni nəsil bulud əsaslı POS həllidir. 2018-ci ildə Bakıda qurulmuş şirkət hazırda Azərbaycan, Özbəkistan, Səudiyyə Ərəbistanı, Qazaxıstan, Gürcüstan və s. olmaqla müxtəlif ölkələrdə 1300-dən çox restoran biznesinə xidmət göstərir. Məqsədimiz Yemə & İçmə sektorunun öndə gedən POS həlli olaraq unikorn şirkətə çevrilməkdir. Komandamıza qoşulacaq və missiyamızda bizimlə birlikdə çiyin-çiyinə çalışacaq təcrübəli, enerjili əməkdaş axtarışındayıq!
Əlaqə vasitələri:
Texniki xidmət mütəxəssisi
İş şəraiti:
- İş qrafiki: 10:00-19:00 (Zərurət yarandığı halda iş saatları uzadıla bilər.)
- İş yeri: Ərazi
- Maaş: 700 AZN-dən başlayır+ bonus
- Qeyd: Nahar və yol pulu şirkət tərəfindən təmin edilir.
- İstirahət günü: Həftədə 1 dəfə (həftəiçi və ya həftəsonu)
Namizədlərdə tələblər:
- Dil biliklərinin yüksək səviyyədə olması – Azərbaycan dilində səlis yazı və danışıq bacarığı, rus dili biliyi üstünlüyü.
- Ünsiyyətcil və problemləri həll etməyə yönəliklik – müştərilərlə nəzakətli, aydın ünsiyyət qurulması və çətinlikləri tez anlayıb həll yolu tapa bilməsi.
- Yeni sistemləri və proqramları qısa zamanda mənimsəyə bilmək.
Sənin əsas vəzifələrin nələr olacaq?
- Yeni qoşulan müştərilərə qurulma ve təlim xidməti , müştəridə cihazlarda proqramlarda yaranan texniki nasazlıqların aradan qaldırılması.
- Məhsul və xidmətlərimiz haqqında dəqiq məlumat vermək.
Tələb olunan bilik və bacarıqlar:
- Kompüter bilikləri: Microsoft Office, Word, Windows əməliyyat sistemi.
- İt Helpdesk , Şəbəkə biliyi
- Tələbə qəbulu yoxdur: Namizədin universitet və ya magistratura təhsilini tamamlamış olması vacibdir.
Üstünlük verilən namizədlər:
- Müştəri xidmətləri və İT sahesinde təcrübəsi olanlar.
- Stresə davamlı və komanda ilə işləmək bacarığı olanlar.
- Namizədlər arasında yalnız bəylərə üstünlük verilir.
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.