Oven Food Bakery

Şirkət haqqında:
“OVEN FOOD BAKERY” MMC çörək, qənnadı və qida məmulatlarının istehsalı və satışı ilə məşğuldur.
Əlaqə vasitələri:
Baş direktorun köməkçisi
Vəzifə öhdəlikləri:
- Baş Direktorun gündəlik görüşlərinin və tapşırıqlarının təşkil edilməsi və əlaqələndirilməsi;
- Baş Direktorun tapşırıqlarının həyata keçirilməsi üçün struktur rəhbərləri ilə səmərəli əməkdaşlıq edilməsi;
- Baş Direktorun qonaqlarının qarşılanması və görüşlərinin təşkil edilməsi;
- Telefon zənglərinin və yazışmalarının qeyd edilməsi və yönləndirilməsi;
- Gündəlik imzalanması üçün sənədlərin qəbul edilməsi, aidiyyatı strukturlardan lazım olan sənədlərin tələb edilməsi və imzalanmış sənədlərin struktur rəhbərlərinə təqdim edilməsi;
- İclasların təşkili və protokolların tərtib edilməsi;
- Müəyyən edilmiş tapşırıqların planlaşdırılması və həyata keçirilməsi;
- Keçirilmiş görüşlər və tapşırıqların icrası ilə bağlı prosedura uyğun olaraq hesabatların təqdim edilməsi;
Namizədə olan tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə 1-2 iş təcrübəsi;
- İngilis dili yüksək səviyyədə, rus dili arzu olunandır;
- Yüksək təşkilatçılıq və vaxtın idarə olunması bacarığı;
- Yaxşı səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı;
- Microsoft Office (Word/Excel/PowerPoint)
- İşlərdə prioritetləri müəyyənləşdirmək və bir neçə tapşırığı müvafiq vaxtda idarə etmək bacarığı.
İş şəraiti
- İş qrafiki: I-VI günlər;
- Əmək haqqı: Müsahibə zamanı razılaşmaya əsasən təyin olunacaq;
- Korporativ nömrə: Şirkət tərəfindən təmin edilir;
- Servis xidməti: Şirkət tərəfindən təmin edilir;
- Ünvan: Bakı şəhəri, Balaxanı Sənaye Kompleksi.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Baş direktorun köməkçisi” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.