GPS Solutions

Şirkət haqqında:
2013-cü ildə başlayan fəaliyyəti ərzində özünü etibarlı tərəfdaş və geniş spektrli xidmətlərin təchizatçısı kimi tanıtmış şirkətimiz Azərbaycanın dinamik surətdə inkişaf edən informasiya texnologiyaları sektorunda Nəqliyyatın İntellektual GPS Nəzarət sistemlərin inteqrasiyası, avadanlıq və proqram təminatının təchizatı və quraşdırılması üzrə xidmətlər göstərir.
“GPS Solutions” komandasının başlıca məqsədi istənilən müştərinin tələbatını maksimal həddə ödəyə biləcək nəqliyyat vasitələrinin yüksək keyfiyyətli monitorinq və nəzarət sisteminin yaradılmasıdır.
Biz bazarı öyrənərək, hər bir alt sistemi üçün ən mükəmməl həlləri götürüb birləşdirmişik və bu gün öz müştərilərimizə hazır, konkret məqsədlər üçün optimallaşdırılmış həllər təklif edirik.
Şirkət daim öz məhsullarını və həllərini təkmilləşdirir, istənilən biznes sahəsində istifadə üçün nəzərdə tutulmüş yeni təkliflər hazırlayır.
“GPS Solutions” şirkətinin işçiləri İT, GIS, M2M, GPS və naviqasiya sistemləri sahəsində yüksək ixtisaslı mütəxəssis və ekspertlərdir.
Şirkət İSO 9001-2008 uyğun olaraq sertifikatlaşdırılmışdır.
Əlaqə vasitələri:
Texniki dəstək üzrə mütəxəssis
GPS xidmətlərinin Azərbaycanda aparıcı inteqratoru GPS Solutions MMC “Texniki dəstək üzrə mütəxəssis” (MDVR və DASHCAM avadanlıqlarının monitorinqi və texniki dəstək) vəzifəsinə işçi qəbulu elan edir.
Vəzifə öhdəlikləri:
- MDVR və DASHCAM avadanlıqlarının vəziyyətinə nəzarət
- Texniki dəstək və cihazların sazlanması
- Şəbəkə parametrlərinin əsas səviyyədə qurulması
- Hesabatların aparılması və komanda ilə əməkdaşlıq
Ümumi tələblər:
- Şəbəkə sazlamaları üzrə əsas biliklər
- Ünsiyyətcil və komanda ilə işləməyə meyilli
- Rus və İngilis dillərini A2–B1 səviyyəsində bilmək üstünlükdür
- Məsuliyyətli və detallara diqqətli olmaq
İş barədə məlumat:
- Tam iş günü, iş yeri Bakı şəhəri
- İş qrafiki: I-V: 09:00 – 18:00
VI: 10:00 – 16:00 - Əmək haqqı müsahibə və sınaq nəticələrinə əsasən müəyyən olunacaq.
Əgər texniki dəstək sahəsində inkişaf etmək və müasir avadanlıqlarla işləmək istəyirsinizsə – komandamızda sizi görməkdən məmnun olarıq!
Zəhmət olmasa CV və müşayiət məktubunuzu Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Xahiş edirik email-ın “mövzu” bölməsində “Texniki dəstək üzrə mütəxəssis” qeyd edəsiniz.