TuranBank ASC

Şirkət haqqında:
TuranBank inkişaf edən peşəkar komandası ilə müştərilərinə beynəlxalq standartlara uyğun yüksək keyfiyyətli xidmət göstərən, cəmiyyətin sosial həyatında aktiv iştirak edən, investorlarının investisiyalarının dəyərinin artımını təmin edən dinamik inkişaf edən etibarlı və şəffaf bankdır.
Əlaqə vasitələri:
Əməliyyat Sistemlərinin və Sistem Proqramlarının İdarə Edilməsi bölməsinin mütəxəssisi
Vəzifə öhdəlikləri:
- Yeni texnoloji sistemlərin quraşdırılması və sazlanması
- Mövcud server infrastrukturunun dəstəklənməsi
- Serverlərin, sistemlərin və digər avadanlıqların monitorinqi
- Məlumatların arxivləşdirilməsinin həyata keçirilməsi
- Yeni texnoloji sistemlərə tələblərin araşdırılması
Namizədə tələblər:
- Müvafiq sahədə ali təhsil (riyaziyyat, tətbiqi riyaziyyat, informatika, kibernetika, kompüter mühəndisliyi və s.)
- Azərbaycan dilində səlis danışıq
- İngilis və Rus dili bilikləri (orta səviyyədə)
- Windows server əməliyyat sisteminin idarəedilməsi üzrə nəzəri və praktiki biliklər
- Linux əməliyyat sistemləri üzrə nəzəri və praktiki biliklər
- Routing, VLAN, VPN, DNS, Active Directory, Group Policy, İİS, WSUS, Terminal Services, Mail server və.s üzrə nəzəri və praktik biliklər
- Virtuallaşdırma texnologiyaları (VMware vSphere, ESXi) üzrə nəzəri və praktiki biliklər
- Məlumatların, sistemlərin və avadanlıqların arxivləşdirilməsi üzrə nəzəri və praktik biliklər
- Storage avadanlıqları ilə işə dair nəzəri biliklər
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi
Vakansiyaya TuranBank ASC-nin Müraciət et düyməsində qeyd olunan linkə daxil olub “İşə Qəbul Portalı”nda qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.