Baku Accountants Associates

Şirkət haqqında:
"BAKU ACCOUNTANTS ASSOCIATES" LLC is one of the leading companies providing services in the field of accounting, finance, audit, law, human resources and management in Azerbaijan. The team of "BAKU ACCOUNTANTS ASSOCIATES" LLC, based on 10 years of work experience, includes experienced, professional specialists, as well as promising, energetic young specialists. Our business principle allows us to cooperate with both large and small business subjects. The high professionalism of our employees, extensive field experience and the use of modern methods significantly contribute to the efficiency of the work done and the reduction of labor consumption. All this makes it possible to provide services with high quality and reasonable price. Our company currently cooperates with companies operating in the oil and gas sector, education, trade (wholesale and retail), manufacturing, construction, medicine and pharmaceuticals, agriculture, logistics, information technology and other fields.
Əlaqə vasitələri:
HR təcrübə proqramı
Praktiki təcrübə proqramına, yeni qruplar aktivləşdirildi!
HR təcrübə proqramı
“BAA CONSULTİNG “-in nəznində yaradılan “BAA ACADEMY“ olaraq biz sizə işimizi öyrədirik! Akademiyamızda siz yalnız EMAS bilikləriylə kifayətlənmiyəcək İnsan Resursları (HR) sahəsində nəzəri və praktiki biliklərə yiyələnərək tam bir mütəxəssis kimi yetişəcəksiniz. Akademiyamızda siz bu sahədə kifayət qədər təcrübəsi olan HR direktorlardan dərs alacaqsınız
Proqramımız müxtəlif səviyyələrdə mövcuddur: həm yeni başlayanlar, həm də müəyyən bazası olan HR mütəxəssisləri üçün nəzərdə tutulmuşdur. İştirakçılar bu proqram vasitəsilə insan resursları sahəsində ən son metodologiyaları öyrənəcək, qanunvericiliyi real iş prosesləri üzərindən praktiki şəkildə tətbiq edəcək, son dəyişikliklərdən xəbərdar olacaq, təşkilatların müvəffəqiyyətlə idarə olunmasında mühüm rol oynayan bacarıqlara yiyələnəcəklər.
Nələri öyrənəcəksiniz:
ÜMUMİ İŞLƏR
- Əmək qanunvericiliyinə ümumi baxış
- Bu Məcəllənin şamil edilmədiyi şəxslər
- İşçi və işəgötürənin hüquq və vəzifələri
- Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi
- Müqavilə növləri: müddətli, müddətsiz
- Sınaq müddəti və onun tənzimlənməsi qaydası
- Əmək müqaviləsinin tərəfləri,forması, məzmunu, bağlanması, dəyişdirilməsi və ləğvi, Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi və qüvvədən düşməsi
Əmək və Məşğulluq Altsistemində (ƏMAS) görülən əməliyyatlar
- Emas sistemində işəgötürən qismində səllahiyyətli şəxsin qeydiyyatı və və səlahiyyətlərin verilməsi
- Bank hesabının yaradılması
- Müəssisənin strukturunun yaradılması
- Ştatların yaradılması və vakansiya bankına göndərilməsi
- Yeni işə qəbul edilən şəxslə onlayn əmək müqaviləsi bağlanması onlayn əmək müqaviləsi dəyişiklərin edilməsi onlayn əmək müqaviləsinə xitam verilməsi
- Praktik Məşğələlər və Suallar
Əmək şəraiti, əmək funksiyası və bunların tətbiqini tənzimləyən hüquq normaları
- Əmək şəraitinin təmin edilməsi , əlavə şərtləri, əmək funksiyası anlayışı
- Əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması və tənzimlənməsi
- Başqa işə keçirmə və Başqa işçinin əmək funksiyasının icrası
- Mülkiyyətçi dəyişdikdə əmək münasibətlərinin tənzimlənməsi
- İşçinin işdən kənar edilməsi
- İş yerlərinin attestasiyası, onun məqsədi və keçirilməsinin tənzimlənməsi
- İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri
- Praktik Məşğələlər və Suallar
Əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları
- Əmək müqaviləsinə xitam verilməsinin əsasları
- Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası
- İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları
- Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar
- Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası
- Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları
- Əmək müqaviləsində nəzərdə tutulan hallarda ona xitam verilməsinin tənzimlənməsi, Əmək müqaviləsinin ləğv edilməsini məhdudlaşdıran şərtlər
- Praktik Məşğələlər və Suallar
Əmək müqavilələrinə xitam verilərkən işçilərin təminatları
- İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər
- Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar
- Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları
- Praktik Məşğələlər və Suallar
Əmək müqavilələrinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitamının sənədləşdirilməsi qaydaları . İş vaxtının növləri və tənzimlənməsi qaydaları
- Əmək müqavilələri bağlanmasının, dəyişdirilməsinin və xitam verilməsinin sənədləşdirilməsi qaydası, xasiyyətnamələrin verilməsi
- İşə qəbul , əmək müqaviləsinə dəyişikliyin rəsmiləşdirilməsi və Əmək müqaviləsinə xitam verilmə haqqında əmrlərin hazırlanması
- İş və istirahət saatlarının tənzimlənməsi
- Qısaldılmış iş vaxtı və Natamam iş vaxtı
Əmək Haqqının hesablanması
Əmək haqqı tabellərinin və Əmək haqqı cədvəllərinin hazırlanması
İş vaxtının rejimi və iş vaxtından artıq vaxtda işin tənzimlənməsi qaydaları , istirahət vaxtı
- İş vaxtının rejimi, İş vaxtının cəmlənmiş uçotu İş vaxtının uçotu
- İş vaxtından artıq işlərə yol verilən müstəsna hallar
- Gecə vaxtı yerinə yetirilən işlərə cəlb edilməsinə yol verilməyən işçilər
Məzuniyyət hüququ
- İşçilərin məzuniyyət hüququ, növləri, verildiyi iş ili
- Əsas məzuniyyət və onun müddətləri , Əmək stajına görə və Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlərin müddətləri
- Yaradıcılıq və təhsil məzuniyyətləri, Sosial məzuniyyətlər
- Ödənişsiz məzuniyyətlər
- Məzuniyyət hüququnun həyata keçirilməsi qaydaları
- Əmək münasibətlərinə xitam verilərkən məzuniyyət hüququnun tənzimlənməsi qaydası
- Emas sistemində məzuniyyət əmrlərinin verilməsi
- Praktik Məşğələlər və Suallar
Əmək və icra intizamının təmin edilməsi qaydalari
- Müəssisədaxili intizam qaydaları
- Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun tətbiqi qaydaları
- İntizam tənbehi vermək səlahiyyəti olan vəzifəli şəxs
- İntizam tənbehinin verilməsi şərtləri
- İntizam tənbehinin müddəti və vaxtından əvvəl götürülməsi
- Əmək qanunvericiliyinin pozulmasına görə inzibati cərimələr
- Praktik Məşğələlər və Suallar
Qadınların, yaşı 18-dən az olan işçilərin əmək münasibətlərinin tənzimlənməsi xüsusiyyətləri
- Hamilə və 3 yaşına çatmamış uşağı olan qadınlarla əmək müqaviləsi bağlanmasının xüsusiyyətləri
- Qadınların gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə və istirahət günlərində işə cəlb olunmasının, habelə ezamiyyətlərinin məhdudlaşdırılması
- Qadınlar üçün natamam iş vaxtı müəyyən edilən hallar və həkim müayinəsi zamanı əmək haqqının saxlanılması
- Hamilə və yaş yarımadək uşaqlı qadınların daha yüngül işə keçirilməsi
- Yaşı 18-dən az olan işçilərin əmək hüququ və onun xüsusiyyətləri
- Yaşı 18-dən az olan işçi tərəfindən ağırlığın qaldırılmasında məhdudiyyət qoyulan işlər
- Praktik Məşğələlər və Suallar
Əsaslar
- Əmək Məcəlləsi: mahiyyəti və hüquqi tələbləri, prinsipləri
- Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əmək hüququnun tənzimlənməsi( Miqrasiya Xidmətinə sənədlərin təqdim olunması)
- Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan
- Məcburi əməyin qadağan edilməsinin huquqi əsasları
- Həmkarlar ittifaqları haqqında» Azərbaycan Respublikasının Qanunu
- Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin işinin xüsusiyyətləri
Praktik Məşğələlər və Suallar
- Təlimdə öyrənilənlərin tətbiqi üzrə praktiki tapşırıqlar
- İştirakçıların suallarının cavablandırılması
Proqramda iştirak etmək ödənişlidir (iştirakçı tərəfindən ödənilir).
Təcrübə Proqramının müddəti:
- Proqram 16 dərsdən ibarət olacaq, həftədə 2 dəfə 2 saat olmaqla 2 ay tədris olunur.
- Təlimlərin video materialları hər dərsin sonunda sizinlə paylaşılır.
- Təcrübə proqramını tamamlayan iştirakçılara “BAA ACADEMY“ tərəfindən sertifikat təqdim olunur.
baa.consulting.az
baa.academy.az