BSC Group
Şirkət haqqında:
BSC Group” məhz bu dəyərlərə verdiyi önəmi sayəsində 1997-ci ildən hüquq, maliyyə, mühasibatlıq və insan resurları xidmətləri ilə Azərbaycanda ən tanınmış brend şirkətlərin etibarını qazanmışdır. Müxtəlif fəaliyyət sahəsindən olan müştərilərinin bizneslərinə göstərdiyi konsaltinq xidməti nəticəsində bir çox şirkətin uğurlarında “BSC Group”-un töhfəsi xüsusi olmuşdur. Məhz bunun məntiqi nəticəsində məmnun müştərilərin məsləhəti ilə “BSC Group” bir çox yeni yeni müştərilərin etibarını da qazana bilmişdir. Hal-hazırda təyinat və mürəkkəblik dərəcəsi fərqli olan 100-dən artıq şirkətlə uğurla əməkdaşlıq edir.
Əlaqə vasitələri:
Hüquq Departamentinin Rəhbəri
30 illik fəaliyyət təcrübəsinə malik olan, hüquq, maliyyə, HR və idarəetmə sahələrində ixtisaslaşmış konsalting və autsorsinq şirkətimizə Hüquq Departamentinin Rəhbəri vəzifəsinə peşəkar hüquqşünas-lider axtarırıq. Bu vəzifə yalnız hüquqi biliklər deyil, eyni zamanda strateji düşüncə və idarəetmə bacarığı tələb edir.
Əsas vəzifələr:
- Hüquq departamentinin fəaliyyətinə rəhbərlik və strukturun effektiv idarə olunması;
- Müxtəlif sahələr üzrə fəaliyyət göstərən müştərilərimizə yüksək səviyyəli hüquqi məsləhətlərin təqdim olunması;
- Müştəri münasibətlərinin qurulması, təqdimatların keçirilməsi və hüquqi xidmətlərin təqdim olunması;
- Komandanın işinin təşkili və hüquq işçilərinin inkişafına töhfə verilməsi;
- Şirkət daxilində digər departamentlərlə sıx əməkdaşlıq və hüquqi dəstəyin təmin olunması.
Tələblər:
- Hüquq sahəsində azı 3 il idarəedicilik təcrübəsi;
- Konsalting və ya autsorsinq şirkətlərində iş təcrübəsi üstünlük hesab olunur;
- Güclü təqdimat bacarığı və yüksək səviyyədə yazılı və şifahi ünsiyyət qabiliyyəti;
- Komandanı idarə etmək, prosesləri planlaşdırmaq və optimallaşdırmaq bacarığı;
- Müştəriyönümlü yanaşma və hüquqi məsələləri biznes dili ilə izah etmək bacarığı.
Hüquq sahəsində tələb olunan peşəkar bilik və bacarıqlar:
- Mülki, vergi, əmək və kommersiya hüququ sahələrində dərin nəzəri və praktiki biliklər;
- Müqavilələrin hazırlanması, ekspertizası və danışıqların aparılması sahəsində təcrübə;
- Məhkəmə və qeyri-məhkəmə yolları ilə mübahisələrin həlli, iddia və etiraz sənədlərinin tərtibi bacarığı;
- Normativ-hüquqi aktların təhlili, hüquqi risklərin qiymətləndirilməsi və hüquqi rəylərin verilməsi;
- Korporativ hüquq üzrə biliklər – hüquqi şəxslərin qeydiyyatı, idarəetmə sənədləri, nümayəndəlik səlahiyyətləri və s.;
- Əmək qanunvericiliyi üzrə daxili sənədlərin hazırlanması, əmək münasibətlərinin hüquqi tənzimi;
- Audit və yoxlamalar zamanı hüquqi müşayiət və dövlət orqanları ilə yazışmaların aparılması təcrübəsi;
- Müxtəlif sektorlarda fəaliyyət göstərən müştərilər üçün fərdi hüquqi yanaşma və kompleks hüquqi dəstək göstərmək bacarığı.
Əmək haqqı:
- Rəqabətqabiliyyətli və razılaşma əsasında müəyyən olunur.
Əgər siz hüquqi savadı, strateji düşüncə tərzi və liderlik bacarığı ilə seçilən bir peşəkarsınızsa – sizin müraciətinizi səbirsizliklə gözləyirik!