166 Yükdaşıma və Logistika

Şirkət haqqında:
2012-ci ildə fəaliyyətinə bir neçə yük maşını ilə başlayan “166 Yükdaşıma və Logistika” brendi hazırda yükdaşıma və logistika sahəsi üzrə ölkənin qabaqcıl şirkətlərindən biridir. Yüklərin daşınması yalnız ölkədaxili sərhədlərlə məhdudlaşmır, həmçinin beynəlxalq arenada da həyata keçirilir.
Daim müştərilərimizin xidmətində olmaq və operativ xidmət göstərmək məqsədilə 166 qaynar xəttimiz 7/24 ölkənin istənilən nöqtəsindən zəngləri qəbul edir.
Göstərdiyimiz xidmətin müştərilərimizə rahat və əlçatan olması məqsədilə xidmət sahələrimiz genişlənməyə davam edir. Şirkətimiz yükdaşıma sahəsi ilə fəaliyyətə başlasa da, hazırda müxtəlif kompleks xidmətləri – yükdaşıma, logistika, evakuasiya, işçi qüvvəsi, usta, anbar, təmizlik və xalça yuma xidmətlərini müştərilərinə təqdim edib.
Xidmətlərimizin daha əlçatan olması üçün sərfəli qiymət və hər bir bölgəyə xidmət anlayışları ilə çalışırıq.
166 brendi altında fəaliyyət göstərən hər bir xidmətin keyfiyyətinin ölçülməsi bizim üçün olduqca vacibdir. Bu məqsədlə, mütəmadi olaraq müştərilərimizin göstərilən xidmətlər üzrə fikirlərini öyrənir, təklif və iradlarına əsasən xidmət keyfiyyətini daim təkmilləşdiririk. (ISO 9001:2015 - Keyfiyyət İdarəetmə Sistemi, ISO 45001:2018 - Peşə Sağlamlığı və Əməyin Təhlükəsizliyi İdarəetmə Sistemi və ISO 14001:2015 - Ətraf Mühitin İdarəetmə sistemi üzrə beynəlxalq sertifikatları)
Əlaqə vasitələri:
İcra işləri üzrə Hüquqşünas
Tələblər:
- Yalnız kişi namizədlər tələb olunur;
- Təhsil: Hüquqşünaslıq ixtisası üzrə ali təhsil;
- Dil bilikləri: Azərbaycan dilini səlis bilmək, rus və ingilis dillərini bilmək üstünlükdür;
- Təcrübə: Tələb olunan sahə üzrə minimum 3 il;
- Komputer bilikləri: MS Office proqramlarında işləyə bilmək bacarığı;
- Yaş həddi: 35 yaşadək;
- Şəxsi keyfiyyətlər: Mükəmməl analitik düşüncə, qərarları dəqiq vermək və güclü ünsiyyət bacarıqları.
Vəzifə öhdəlikləri:
- Məhkəmə qərarlarının və digər icra sənədlərinin icrasını təmin etmək və bu prosesə nəzarət etmək;
- İcra məmurları ilə işgüzar əlaqələr qurmaq, icra işlərinin gedişini mütəmadi izləmək;
- Borclu şəxslərlə danışıqlar aparmaq, razılaşma sənədlərini hazırlamaq və müvafiq tədbirlər görmək;
- İcra sənədlərinin düzgün tərtib edilməsi və aidiyyəti üzrə təqdim olunmasına nəzarət etmək;
- Tələb olunan hallarda borclular barəsində məhkəməyə əlavə müraciətlər hazırlamaq və təqdim etmək;
- İcra işləri üzrə hüquqi araşdırmalar aparmaq və təkliflər hazırlamaq;
- Şirkətin digər hüquqşünasları və departamentləri ilə koordinasiyalı fəaliyyət göstərmək;
- Hüquqi sənədlərin (müraciətlər, ərizələr, şikayət ərizələri, aktlar və s.) hazırlanması;
- İcra prosesi ilə bağlı qanunvericilikdə baş verən dəyişiklikləri izləmək və tətbiq etmək.
- Müvafiq hüquqi sənədlərin təftişi, tərtibi və rəsmiləşdirməsi;
- Aidiyyatı orqanlara sorğu, məktub, ərizə və müraciətlər göndərmək, daxil olmuş müraciətləri müəyyən olunmuş vaxt ərzində cavablandırmaq;
- Şirkətin hüquqlarının və qanuni maraqlarının məhkəmə, hüquq-mühafizə, nəzarət, tənzimləyici və digər orqanlarda yüksək peşəkarlıqla təmsilçiliyinin təmin və təşkil edilməsi;
- İcra işlərinin hüquqi təminatına nəzarətin həyata keçirilməsi;
- Qanunvericilikdə baş vermiş dəyişiklikləri təqib etmək, müvafiq struktur bölmələri məlumatlandırmaq.
İş şəraiti:
- İş qrafiki: 5 günlük iş qrafiki (09:00-18:00)
- Əmək haqqı: 1200 Azn + faiz təyin olunacaq.
- Ünvan: Yeni Həyat Plaza (Zərifə Əliyeva küçəsi 55).