Zeytun Pharmaceuticals

Şirkət haqqında:
“Zeytun Pharmaceuticals” MMC - 09 oktyabr 2014-cü ildə təsis edilmişdir. Ölkə hüdudları üzrə 1200-dən çox apteklərə sahib olan “Zeytun Pharmaceuticals” MMC geniş bir şəbəkəyə malik olmaqla yanaşı ölkənin bütün bölgələrində daxili və xarici bazarlardan təchiz edilmiş dərman vasitələrinin topdan və pərakəndə satışı üzrə fəaliyyətini həyata keçirir. Ölkənin əczaçılıq sektorunda idxalçısı olduğu yüksək keyfiyyətli əczaçılıq məhsulları ilə seçilən Şirkətimiz Azərbaycan səhiyyə sisteminin istər dövlət, istərsə də özəl sektorunda fəaliyyət göstərən səhiyyə qurumlarına və bütün əhaliyə xidmətinlərini göstərməkdədir. Ən əsası Şirkətin qazandığı bütün uğurların özəyi isə loyallılıq və etimadlılıq sütunları üzərində formalaşdırılmış peşəkar heyət və idarəetmə standartlarıdır. Məhz bu peşəkar heyət və idarəetmə standartları hesabına da Cəmiyyətimizin uğurlarının hüdudları bitməzdir....
Əlaqə vasitələri:
İnnovativ Layihələr üzrə Rəhbər
Tələblər:
- Müvafiq sahə üzrə ali təhsil;
- İnnovativ layihələr üzrə rəhbər kimi ən azı 3-5 il iş təcrübəsi;
- PMP və ya digər müvafiq layihə idarəetmə üzrə sertifikatı olması üstünlükdür;
- Proses xəritələri, cədvəlləri və fəaliyyət planlarını hazırlamaq və şərh etmək bacarığı;
- MS Project üzrə biliklər arzu olunandır;
- Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək və internet resurslarından mükəmməl istifadə bacarığı;
- Yüksək səviyyədə Azərbaycan, ingilis və rus dili biliyi;
- Analitik, strateji, həll yönümlü və tənqidi düşünmə qabiliyyəti;
- Liderlik və komanda idarəetmə bacarıqları;
Vəzifə öhdəlikləri:
- Şirkətin strateji planını müəyyən etmək, uzunmüddətli hədəfləri qoyaraq və texnologiya inkişafını dəyərləndirərək şirkətin qabaqcıl infrastrukturunu təmin etmək;
- Ağ infrastrukturunun idarə olunması, serverlərin, şəbəkə qurğularının, data bazalarının və digər texnologiya sərvislərinin effektiv və istənilən şəkildə işləməsinin təmin edilməsi;
- Şirkətin iş proseslərinə uyğun proqramlar və sistemlərin seçilməsi, quraşdırılması, idarə olunması və dəstəklənməsi;
- Məlumat təhlükəsizliyi və məxfiliyinin təmin edilməsi üçün təhlükəsizlik protokollarının qurulması, məxfiliyin qorunması və potensial təhlükələrin idarə edilməsi;
- İş yerində təcrübəni yaxşılaşdırmaq üçün işçilərə texnoloji dəstək təmin etmək və onlara təlimlər təşkil etmək;
- Müxtəlif departamentlərlə və layihə qrupları ilə əla işləmək və müsbət əməkdaşlıq mühitini qurmaq;
- Layihələri, sistem yeniləmələri və texnoloji inkişaf üçün budcənin hazırlanması, idarə olunması və nəzarət altında saxlanması;
- Yeni texnologiyaların araşdırılması, sınaqdan keçirilməsi və şirkətin inkişafına uyğun olaraq tətbiq edilməsi;
- Texniki problemləri müəyyənləşdirmək, qiymətləndirmək və həll etmək.