Avromed Company QSC

Şirkət haqqında:
Avromed Company QSC dünyanın aparıcı əczaçılıq istehsalçılarının Azərbaycanda ən böyük idxalçısıdır. Dünyanın 40-dan çox ölkəsində yerləşən 200-dən artıq əczaçılıq şirkətləri ilə əməkdaşlıq edərək Azərbaycan səhiyyə sisteminin müalicə və müayinə qurumlarını, özəl klinikaları və bütün vətəndaşları yüksək keyfiyyətli zəruri əczaçılıq məhsulları ilə təmin etməkdəyik. Ölkənin bütün ərazisində Avromed şirkətinin infrastrukturunda çalışan əməkdaşların sayı 1150 nəfərdən çoxdur. Bakıda yerləşən Avromed mərkəzi ofisi ilə yanaşı Gəncə, Sumqayıt, Mingəçevir, Şamaxı, Şirvan, Şəki, Lənkəran, Xaçmaz, Qazax və Bərdə şəhərlərində yerləşən 10 regional ofis, 8500 kv.m-lik anbar, həmçinin də 240-dan çox çatdırma və ağır yük avtomobillərindən ibarət avtoparkı ilə Azərbaycanın əczaçılıq sahəsində ən böyük logistik imkanlara sahib olan şirkətlərdən biridir.
Əlaqə vasitələri:
Sürücü
Ərazilər: Bakı (Binə anbarı)
İşin təsviri:
- Satışa buraxılan məhsulu şirkətin normativ sənədləri ilə müəyyən edilmiş qaydada pərakəndə və topdan satış məntəqələrinə vaxtlı-vaxtında çatdırmaq.
- Sənədlərə uyğun olaraq anbarlardan yükləri qəbul etmək.
- Qurğuların, müvafiq nəqliyyat növlərinin sanitar vəziyyətinə, daşınma üçün təyin olunmuş yükləmə-boşaltma işlərinin düzgünlüyünə, yüklərin qorunmasına və yerləşdirilməsinə nəzarət etmək.
- Yüklərin təyin olunmuş yerə çatmasını müşayiət edir, onların nəql edilməsi zamanı lazım olan mühafizə rejimini həyata keçirir.
- Tələb olunan hesabat formalarının aydın və dəqiq doldurmaq.
- Lazım olan təqdirdə ticarət məntəqələrində müxtəlif reklam materiallarını yerləşdirmək;
- İstifadə etdiyi avtonəqliyyat vasitəsinin iş rejimini və xüsusi iş şərtlərini bilmək, onun bu rejim üzrə istismarına və texniki xidmətlərinə daim hazır olmaq;
- İstifadə etdiyi avtonəqliyyat vasitəsi üçün ehtiyat hissələrinin alınmasına sifarişlər, təmir işləri ilə əlaqədar texniki sənədləri, iş haqqında hesabatlar tərtib etmək; avtonəqliyyat vasitəsinin zəruri ehtiyat hissələri ilə vaxtında təmin olunmasına nail olmaq.
Tələblər:
- Müəyyən sahədə 3-5 il təcrübə (arzuolunandır).
- Sürücülük vəsiqəsi.
- Diqqətlilik, sürət, dəqiqlik.
- İntensiv iş tempinə hazır olmaq.
- Növbəli iş qrafikinə hazır olmaq.
Təklifimiz:
- Əla iş şərtləri: növbəli qrafik, sığorta, şirkət hesabına nahar, servis, karyera yüksəlişi;
- Müvafiq sahədə peşəkar inkişaf;
- Səmimi və peşəkar komandada çalışmaq, birlikdə yüksək nəticələr əldə etmək!
Maraqlananlar CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər. Elektron məktubun mövzu hissəsində (subject, тема) seçdiyiniz vakansiyanın adını yazmaq xahiş olunur.
Qeyd: yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.