Xurcun

Şirkət haqqında:
Xurcun- 2015-ci ildən müştərilərinə premium keyfiyyətli və lux məhsullar təqdim edir.
Qarışıq çərəzli türk lokumları, meyvə quruları, çərəzlər, milli şirniyyatlar, və keyfiyyətli şokoladlar yüksək zövqlə dizayn edilmiş qutularda təqdim edilir.
Xurcun- Keyfiyyətə vurğunuq!
Əlaqə vasitələri:
Ofisiant (Xətai və Ağ şəhər filialları)
Vəzifə və Öhdəliklər:
- Qonaqları salamlamaq, qarşılayıb yerləşdirmək və menyu təqdim etmək.
- Servis səviyyəsində Rus dili bilməsi mütləqdir
- Sifarişləri qəbul etmək və vaxtında düzgün şəkildə təqdim etmək.
- Masaların təmizliyi və səliqəsinə nəzarət etmək.
- Komanda yoldaşları ilə birgə işləyərək yüksək xidmət keyfiyyəti təmin etmək.
- Pozitiv münasibət nümayiş etdirmək və komandada ruh yüksəkliyi yaratmaq
- Müştəri məmnuniyyətinə diqqət yetirmək
Tələblər:
- Yaş həddi 18-30 (yalnız xanım namizədlər)
- Əlaqəli sahədə minimum 1 il iş təcrübəsi (arzuolunandır)
- Rus dili biliyi
- Xoş görünüşlü və səliqəli
- Müştəri ilə ünsiyyət bacarığı yüksək olmalı
Əmək Şəraiti:
- Əmək haqqı: 600-650 (net) + satışa əsasən bonus (faiz) + bəxşiş
- İş rejimi: Növbəli iş qrafiki (dəyişən növbələr əsasında)
Əlavə imkanlar:
- Rəsmi əmək müqaviləsi
- Peşəkar inkişaf və karyera yüksəlişi üçün təlim imkanları
- Müasir və rahat iş mühiti
Müraciət qaydası:
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Ofisiant” qeyd edərək Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər və ya 0777170067 nömrəsi ilə əlaqə yarada bilər.