Qala Group

Şirkət haqqında:

Qala Group, yüksək ixtisaslı mütəxəssislər qrupu tərəfindən hazırlanmış memarlıq və inşaat həlləri təklif edən, müasir və yaradıcı bir şirkətdir. Komandamız 2010-cu ildən layihələr həyata keçirir və inşaat sahəsində innovativ, misilsiz və müasir layihələrlə seçilir. Bu müddət ərzində biz birinci dərəcəli peşəkarlar komandası yaratmışıq, geniş texniki baza ilə təmin olunmuşuq və böyük təcrübə toplamışıq. Bütün bunlar bizə ən mürəkkəb və qeyri-standart layihələri də uğurla həyata keçirməyə imkan verir.

Biz Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, İsrail və Gürcüstan kimi ölkələrdə kommersiya və yaşayış obyektlərinin layihələndirilməsi və tikintisi üzrə geniş xidmətlər şəbəkəsi yaratmışıq.

Peşəkar komandamız sayəsində, uzun illərə dayanan təcrübəmizə və bu sahə üzrə biliklərimizə əsaslanaraq interyer dizayn, landşaft dizayn, layihələndirmə, inşaat, infrastruktur işləri üzrə xidmətlər göstəririk.

Qala Group – memarlıq üslubu, praktikliyin bacarıqlı toxunuşu və trend meylləri ilə fərqlənir.

Əlaqə vasitələri:

Layihələndirmə departamentin Koordinatoru

Departament: Layihələndirmə (Memarlıq, Dizayn və Konstruksiya) 

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri 
  • İş rejimi: 5 günlük iş həftəsi, tam ştat 
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunur 

Vəzifənin məqsədi: 

Layihələndirmə departamentində gündəlik işlərin koordinasiyasını, layihə sənədlərinin qeydiyyatını, status izlənməsini və memarlarla effektiv işin təşkili proseslərini həyata keçirmək. Bu vəzifə texniki sahəni başa düşən və təşkilatçılıq bacarıqları yüksək olan şəxs üçün nəzərdə tutulub. 

Əsas vəzifə öhdəlikləri: 

  • Memarlıq, dizayn və konstruksiya layihələrinin qeydiyyata alınması və proses izlənməsi 
  • Sifarişçilərin sorğularına uyğun layihə tapşırıqlarının koordinasiyası 
  • İşlərin statuslarının idarə olunması – “Başladı / Davam edir / Tamamlandı” şəklində izləmə 
  • Gündəlik və həftəlik iş axınının qrafikə uyğunluğunun təmin edilməsi 
  • Layihə fayllarının (AutoCAD, PDF və s.) sistemli şəkildə saxlanılması və arxivləşdirilməsi 
  • Baş memarla və digər mütəxəssislərlə sıx əməkdaşlıq, vaxtında hesabatların hazırlanması 
  • Layihə sənədlərinin texniki oxunuşunu başa düşmək, uyğunluqları yoxlamaq 
  • Texniki anlayış və idarəetmə funksiyalarını yerinə yetirmək; 
  • Dövlət qurumlarına tələb olunan sənədlərin təqdim edilməsi, layilələrin ekspertizadan keçirilməsi. 

Namizədə tələblər: 

  • Memarlıq və ya tikinti mühəndisliyi üzrə təhsil (ali və ya texniki) 
  • Layihələrin idarə olunması sahəsində təcrübə və ya potensial 
  • AutoCAD, MS Office və fayl idarəetmə proqramları ilə işləmək bacarığı 
  • Yüksək təşkilatçılıq, nəzarət və vaxtın idarə olunması bacarığı 
  • Texniki sənədlərlə işləmək və layihə materiallarını başa düşmək bacarığı 
  • Komanda ilə işləmə və departament daxilində işləri əlaqələndirmə bacarığı 

Təklif edirik: 

  • Peşəkar layihə komandasında inkişaf imkanı 
  • Real layihələrlə işləmək və texniki bilikləri təkmilləşdirmək şansı 
  • Rəsmi əmək müqaviləsi və stabil iş şəraiti 
  • Motivasiyalı və açıq mühit 

Müraciət qaydası: 

Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link-ə daxil ola bilərlər və ya CV-ni hr@qalagroup.az ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Layihələndirmə departamentin Koordinatoru” qeyd edin.  

  • Bizi izləyin:

İş üçün müraciət edin

Müraciət edin

Xəyalındakı işi umano.az ilə tap