Bank Avrasiya

Şirkət haqqında:
“Bank Avrasiya” ASC Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2007-ci il tarixli, 251 saylı “Bank fəaliyyətinin həyata keçirilməsi barədə bank lisenziyası” əsasında fəaliyyət göstərir. Hal-hazırda 2 filial fəaliyyət göstərir – “Sumqayıt” Filialı (13.04.2009-cu il tarixli, 251/1 saylı İcazə) və “Buta” Filialı (08.06.2016-cı il tarixli, 251/2 saylı İcazə)
“Bank Avrasiya” ASC-nin vizionu onu Respublikanın regional mərkəzlərində yerləşən satış şəbəkəsi vasitəsi ilə kiçik və orta biznesə, habelə əhalinin yuxarı və orta gəlirli təbəqəsinə bütün növ bank xidmətləri göstərən aparıcı universal bank etməkdir.
“Bank Avrasiya” ASC-nin missiyası daima inkişaf edən və motivə olunan komandası ilə geniş çeşidli bank xidmətlərini hər bir müştəri üçün sərfəli paket formasında təklif etməkdən və cəmiyyətin inkişafına sosial layihələrin maliyyələşdirilməsi vasitəsi ilə dəstək verməkdən ibarətdir.
Əlaqə vasitələri:
İnformasiya Təhlükəsizliyi departamentinin baş mütəxəssisi
Namizədlər üçün irəli sürülən tələblər:
- Ali təhsil -İnformasiya təhlükəsizliyi, İnformasiya texnologiyaları, Kompüter mühəndisliyi və ya oxşar sahələr üzrə
- İnformasiya təhlükəsizliyi sahəsində ən azı 3 il iş stajı;
- Azərbaycan dili sərbəst, ingilis dilində yaxşı səviyyədə danışıq bacarığı;
- Comptia Security+, Blue Team Level 1/2, eCIR (eLearnSecurity Certified Incident Responder), CySA+ (Cybersecurity Analyst) sertifikatlarına sahib olan namizədlərə üstünlük veriləcəkdir;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Ünsiyyətqurma və komandada işləmək bacarığı
İşin təsviri:
- Təhlükəsizlik həllərinin idarə edilməsi: SIEM, EDR/XDR, SOAR, DLP, WAF, PAM, MDM, TI kimi təhlükəsizlik həllərinin tətbiqi, idarə edilməsi və optimallaşdırılması;
- Monitorinq və analiz: Təhlükəsizlik tədbirlərinin effektivliyinin monitorinqi, anomaliyaların və insidentlərin vaxtında aşkarlanması və operativ tədbirlərin görülməsi;
- İnsidentlərin idarə olunması: İnformasiya və kibertəhlükəsizlik insidentlərinin araşdırılması, qarşısının alınması və cavab tədbirlərinin hazırlanaraq həyata keçirilməsi, təhlükəsizlik qaydalarının və playbook-ların yazılması;
- İT komandası və outsource şirkətlərlə əməkdaşlıq: Şəbəkə və sistem təhlükəsizliyinin təkmilləşdirilməsi məqsədilə İT komandası və kənar xidmət təminatçıları ilə əməkdaşlıq edilməsi;
- Fors-major hallarda operativ fəaliyyət: Kiberhücumlar, məlumat sızmaları və digər fövqəladə hallarda sürətli qərarların qəbul edilməsi və zəruri tədbirlərin həyata keçirilməsi.
- İstifadəçi məlumatlandırılması və təlimlər: İşçi heyətinin informasiya təhlükəsizliyi qaydaları və kibertəhlükələrlə bağlı maarifləndirilməsi və təlimlərin təşkili;
- Təhlükəsizlik siyasətləri və audit: Təhlükəsizlik siyasət və prosedurlarının hazırlanması, yenilənməsi və periodik olaraq daxili auditlərin keçirilməsi;
Xahiş olunur mövzu hissəsində İnformasiya Təhlükəsizliyi departamentinin baş mütəxəssisi vəzifəsini qeyd edib CV-nizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərəsiniz.