Santral

Şirkət haqqında:
Son illər Azərbaycan iqtisadiyyatının inkişafı, dövlət tərəfindən aparılan uğurlu iqtisadi islahatlar, yaradılmış əlverişli sərmayə mühiti ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyasını mümkün etmişdir.
On il əvvəl yaradılan “Santral Elektrik” LTD şirkəti belə uğurlu iqtisadi siyasətdən bəhrələnərək müştərilərə müasir tələblərə cavab verən məhsullar və xidmətlər təklif edir.
Fəaliyyət dairəsini daima genişləndirərək dünyanın ən tanınmış şirkətləri ilə işgüzar əlaqələr yaradılmaqla yanaşı, bu şirkətlərin məhsullarını müştərilərə yüksək səviyyədə təqdim edə biləcək peşəkar mütəxəssislər şirkətin işinə cəlb edilir. Fəaliyyətinə çox da böyük olmayan satış nöqtəsində başlayan “Santral Elektrik” LTD-nin bu gün Bakı şəhərində üç müasir satış mərkəzi mövcuddur. İki il əvvəl istifadəyə verilmiş üç mərtəbəli əsas satış mərkəzi 6000 m2-dən artıq sahədə yerləşir.
Əlaqə vasitələri:
Mühasib
Tələblər:
- Təhsil: Ali iqtisadi təhsil
- İş təcrübəsi: minimum 1-3 il mühasibatlıq sahəsində
Təklif:
- Ofis - Dərnəgül, Ziya Bünyadov pr 2071
- 5 günlük iş qrafiki - 09:00-18:00
- Nahar şirkət tərəfindən təmin edilir.
- Əmək haqqı – 800 - 1000 azn (Net) Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.
Vəzifə Öhdəlikləri:
- Mühasibat uçotunun düzgün və qanunvericiliyə uyğun aparılması
- 1C proqramında əməliyyatların düzgün və vaxtında işlənməsi (qaimələr, bank, kassa, depozit, avans, satış, alış və s.)
- Vergi, DSMF, Statistika və digər dövlət qurumlarına hesabatların hazırlanması üçün ilkin uçotun aparılması
- E-qaimələrin düzgünlüyünün yoxlanması və daxili sistemlərə uyğun sənədlərin təhlili
- Debitor və kreditor hesabların uçotu və üzləşmələrin təşkili
- Bank əməliyyatları üzrə sənədləşmə və sistemə işlənməsi, ödəniş tapşırıqlarının hazırlanması
- Aylıq daxili hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması
- İlkin sənədlərin arxivləşdirilməsi və sənəd dövriyyəsinin idarə olunması
- Maliyyə intizamı və mühasibatlıqla bağlı daxili prosedurlara əməl olunmasının təmin edilməsi
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi
Açar bacarıq və davranışlar:
- Analitik düşüncə və təhlil bacarığı:
- Qanunvericiliyə bələdlik:
- Diqqət və dəqiqlik:
- Vaxtın düzgün idarə olunması:
- Komandada işləmək və əlaqə bacarığı:
- İntizam və məsuliyyət: