Good Finance

Şirkət haqqında:
Good Finance şirkəti 2019-cu ildə yaradılmışdır. Şirkətin əsas fəaliyyəti korporativ müştərilərə çeşidli maliyyə xidmətlərinin göstərilməsidir. Konsaltinq layihələrimizdə müştərilərimizə təkcə maliyyə xidmətləri deyil, ümumi biznes konsaltinq həlləri də təklif edirik.
Əlaqə vasitələri:
HR mütəxəssis
Vəzifə Öhdəlikləri:
- Əmək müqaviləsinin bağlanması, dəyişikliklər edilməsi və xitam verilməsi ilə bağlı ƏM bildirişlərin Elektron informasiya sisteminə (ƏMAS) daxil edilməsi və müvafiq sənədləşmənin icra edilməsi;
- Aylıq iş vaxtının uçot tabellərin hazırlanması;
- Əməkhaqqı kartlarının sifarişinin verilməsi;
- Əmək qanunvericiliyin tələblərinə əsasən müvafiq əmrlərin hazırlanması;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması;
- Məzuniyyət qrafikinin tərtib edilməsi ;
- İşçilərin əmək məzuniyyətlərinin rəsmiləşdirilməsi;
- DƏMX-dən və digər qurumlardan ünvanlanan sorğuların cavablandıırlması;
Tələblər:
- Təhsil: (Ali təhsil)
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri;
- Azərbaycan dilində sərbəst bilməli;
- ƏMAS, Excel üzrə biliklər.
İş şəraiti:
- İş saatı: 09:00-18:00;
- İstirahət: Şənbə və Bazar günü.
- Əmək haqqı: 500-700 AZN