Intermak Group

Şirkət haqqında:
“İntermak Group” MMC 2017-ci ildə qurulmasına baxmayaraq qısa zamanda öz sektrounun əsas şirkətlərindən birinə çevrilmişdir. Şirkətimiz dünyanın 10 böyük forklift və anbar avadanlıqları istehsalçısından biri olan “ANHUİ HELİ Co. Ltd.”-nin Azərbaycanda rəsmi nümayəndəsi olub geniş satış, icarə və servis şəbəkəsi ilə xidmət göstərməkdədir. Regionun əsas logistika və sənaye şirkətlərində 1 tondan 45 tona qədər yükqaldırma qabiliyyəti olan müxtəlif HELİ forkliftləri böyük rəğbət görməkdədir. Şirkətimiz eyni zamanda Çinin əsas səbətli platform istehsalçılarından biri olan “SİNOBOOM” şirkətinin əsas partnyorlarından biridir. 43 metrəyə qədər yüksəklikdə işləmə qabiliyyəti olan bu səbətli platformlar yüksək hündürlüklü tikinti layihələrində geniş istifadə olunmaqdadır. Bunlara əlavə olaraq tikinti texnikaları sahəsində qabaqcıl istehsalçılardan biri oan “LİU GONG” şirkəti ilə də geniş əməkdaşlığımız mövcuddur Bu avadanlıqlarla yanaşı şirkətimiz müxtəlif sahələrdə istifadə edilən kənd təsərrüfatı, tikinti texnikaları, yük maşınları, forklift və anbar avadanlıqları üçün təkər satışı da həyata keçirməkdədir. Bu sahədə Holland markası olan “MAGNA TYRES” şirkətinin Azərbaycanda əsas partnyoruyuq.
Əlaqə vasitələri:
Tender İşləri üzrə Menecer
İş barədə məlumat
- Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi
- Tender prosesində şirkətin təmsil olunması
- Tenderin Əsas Şərtlər Toplusunun nəzərdən keçirilməsi, şirkətin iştirakçılara qoyulan tələblərə cavab verib-verməməsi, şirkətin tenderlərdə iştirak imkanları haqqında ilkin analizin aparılması və rəhbərliyin məlumatlandırılması
- Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması, toplanması, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi
- Tender sənədlərinin təhlili zamanı meydana gələn suallarla bağlı tender keçirən təşkilatlara sorğuların göndərilməsi, yazışmaların və danışıqların aparılması
- Tenderin nəticəsinə uyğun olaraq növbəti mərhələr üzrə müqavilə və digər sənədləşmələri həyata keçirmək
- Tender təklifinin hazırlanması zamanı və təklif təqdim edildikdən sonra qiymətləndirmə müddətində Tender Komissiyası ilə yazışmaların aparılması, daxil olan suallara cavabların vaxtında və düzgün cavablandırılmasının təmin olunması
Namizəd ilə bağlı tələblər (Bilik, təcrübə, bacarıq)
- Ali
- Cinsi – Qadın
- Dil bilikləri: Azərbaycan dili - səlis,rus dili - səlis, ingilis dili - arzuolunandır
- İş təcrübəsi: 1-3 il
- Komandada işləmək qabiliyyəti
- MC ofis proqramlarında müstəqil inkişaf
- Elektron hökümət portalı və E-taxes online kargüzarlıq sistemində işləyə bilmə bacarığı
- Kreativ, məsuliyyətli, ünsiyyətcil, gülərüz, aktiv, səliqəli olması vacibdir
İş şəraiti
- İş qrafiki - 6 günlük
- Həftə içi 09:30 – 17:30
- Şənbə 10:00-15:00
- Əməkhaqqı – Müsahibə əsasında müəyyənləşdiriləcəkdir
- Nahar şirkət tərəfindən verilir
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqə - 050 485 05 35