Azersun Holding

Şirkət haqqında:
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azərsun Holdinq" MMC ölkənin qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətidir.
Qida sektorunda Azərbaycanın istehsalçı və ixracatçı ölkə halına gəlməsində böyük rol oynayan "Azərsun Holdinq" tərkibində fəaliyyət göstərən zavodların güclü istehsal potensialı ilə yanaşı geniş ixracat şəbəkəsinə sahibdir. Sahib olduğu şirkət idarəçilik prinsipləri, müştəri məmnuniyyəti, keyfiyyət təminatı, sosial məsuliyyət layihələri və ətraf mühiti qoruma prinsipləri ilə xalqa xidmət etməkdədir.
"Azərsun Holdinq" fəaliyyətə başladığı gündən ölkənin inkişafı üçün yalnız iqtisadi sahədə atılan addımların yetərli olmadığını görür, həyata keçirilən iqtisadi layihələrin toplumların mədəni dəyərlərinə və sosial həyat vərdişlərinə söykənmədən, ondan ilham almadan reallaşmayacağına inanır. Bu dəyərli mirasın ərsəyə gəlməsi, qorunması və gənclərə ötürülməsi yönündə "Azərsun Holdinq" öhdəsinə götürdüyü missiyanı bu gün də eyni həyəcanla yerinə yetirməkdədir. "Azərsun Holdinq", Azərbaycanı Azərbaycan edən mədəni dəyərləri yalnız ölkə adına deyil, dünya adına da böyük zənginlik olaraq görür və bu dəyərləri qorumağı, yaşatmağı, gələcək nəslə ötürməyi missiyasının bir hissəsi kimi qəbul edir.
Əlaqə vasitələri:
IT Biznes analitika üzrə baş mütəxəssis
Müəssisə: AZƏRSUN HOLDINQ MMC
Tələblər:
- Ali təhsil (Biznesin idarə edilməsi, informasiya texnologiyaları, kompüter elmləri və ya əlaqəli sahədə bakalavr dərəcəsi);
- İ.T. Sahəsində Biznes Analitik və ya Sistem Analitiki vəzifəsi üzrə minimum 3-5 il iş təcrübəsi;
- Kompyuter bilikləri: Microsoft Office, Microsoft Visio, SQL, Power BI, əlavə olaraq Python və ML, Jira, Trello programları bilməsi üstünlükdür;
- Melumat bazalari /web-mobil-desktop üzrə tanışlıq;
- SQL üzrə biliklər/ API-ların işləmə prinsipləri haqqında ümumi məlumat;
- SAP ve digər ERP sistemləri ilə işləmə təcrübəsi;
- İstifadəçinin tələbləri əsasında müxtəlif tipli diaqramların, blok-sxemlərin, interfeys eskizlərinin hazırlanmasında bilik və təcrübə, UML və BPMN üzrə biliklər /BA tool və texnikləri haqqında məlumatlı olmalı;
- Sistem Tələblərinin Spesifikasiyası (Texniki tapşırıq - Analiz sənədi) və digər sənədlərin hazırlanmasında iş təcrübəsi;
- Mövcud Rapor tələbləri üzrə dəyişikliklərin izlənməsi, yeni rapor tələblərinin qarşılanması;
- Satış, maliyye, lojistik analist olaraq iş təcrübəsi olanlara ,agile ortamında çalışanlara üstünlük verilir;
- Ezamiyyətə gedə bilməli;
İş haqqında məlumat:
- Projeler uzre teleblerin analiz edilmesi/telebleri toplanmasi;
- Biznes telebler uzre Proses Modellerin,Dizayn Modellerin, Data Modellerin hazirlanmasi;
- Biznes tələblər üzrə dəyişikliklərin izlənməsi və dəyərləndirilməsi;
- Prosesler uzre Flowchartlarin hazirlanmasi;
- Texniki detallıqla əlaqəli Texniki tapşırıq - Analiz sənədi, Use case və User Story-lərin, musteri ucun Prototip modellerin hazirlanmasi;
- Yazilimla modellerin deyerlendirlmesi ;
- Proje lifecycle-da musteri ile davamli teleblerin review edilmesi;
- Gap analiz aparilmasi;
- Projenin test edilmesi;
- İstifadəçi təlimatının hazılanması.
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir.
İş yeri:
- Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya Müraciət Et düyməsində qeyd olunan link-də qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “IT biznes analitika üzrə baş mütəxəssis” qeyd etməyiniz xahiş olunur.