Qala Sigorta

Şirkət haqqında:
Cəmiyyətimiz 1998-ci ildən AIG Caspian Insurance Company adı altında sığorta sahəsində fəaliyyətə başlamış, 2010-cu ildə şirkətin adı Çartis Azərbaycan Sığorta Şirkətinə dəyişilmişdir.
30.09.2015-ci ildən Cəmiyyətin səhmləri Azərbaycan Respublikasında fəaliyyət göstərən ilk və yeganə təkrarsığorta şirkəti olan “AzRe Təkrarsığorta” ASC tərəfindən satın alınmış və Cəmiyyətin adı dəyişdirilərək “Qala Sığorta” ASC adlandırılmışdır.
Cəmiyyətimiz Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən sığorta sahəsində müvafiq lisenziya əsasında fəaliyyət göstərir və Maliyyə bazarlarına nəzarət orqanı tərəfindən verilmiş müvafiq icazələr əsasında dörd icbari növ daxil olmaqla, ümumilikdə iyirmi üç sığorta növü üzrə öz xidmətlərini müştərilərə təklif edir.
Qala Sığorta xeyli sayda fərdi və korporativ müştərilərlə xidmət göstərməklə yanaşı bir sıra dövlət müəssisələrinin elan etdiyi tenderlərdə də müvəffəqiyyətlə iştirak etmiş və qalib elan olunaraq öz öhdəliklərini layiqincə yerinə yetirməkdədir. Cəmiyyət qanunvericiliklə müəyyən edilmiş korporativ idarəetmə strukturuna malik olmaqla yanaşı idarəetmə və funksional strukturlarımızın əməkdaşları sığorta sahəsində uzunmüddətli təcrübəyə malik şəxslərdən təşkil olunmuşdur.
Ümumilkdə isə Cəmiyyətimizdə olan işçi heyətinin sayı 136 nəfər təşkil edir.
Əlaqə vasitələri:
Risklərin İdarə edilməsi şöbəsinə müdir
Namizədə olan tələblər:
- Təhsil: Ali (İqtisadiyyat və ya maliyyə sahəsi üzrə)
- Dil bilikləri: Azərbaycan və rus dillərində sərbəst ünsiyyət qurmaq bacarığı, (ingilis dili arzu olunandır);
- Səlis danışıq qabiliyyəti;
- Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı;
- İş təcrübəsi: Müvafiq vəzifə üzrə minimum 4 il təcrübə (risk, aktuari fəaliyyəti, audit və ya maliyyə idarəetməsi üzrə)
Əsas vəzifə öhdəlikləri:
- Risklərin idarə edilməsi sisteminin effektiv şəkildə işləməsi məqsədilə Direktorlar Şurasına, İdarə Heyətinə və digər nəzarət funksiyalarını həyata keçirən struktur bölmələrə zəruri köməklik göstərmək;
- Sığortaçının ümumi risk profilinin və risklərin idarə edilməsi sisteminin monitorinqini aparmaq;
- Riskə məruz qalma halları, eyni zamanda risk idarə edilməsi ilə bağlı strateji məsələlər, o cümlədən strateji plan, sığortaçının yenidən təşkili, böyük ölçülü layihələr və investisiyalar barədə Direktorlar Şurası və İdarə Heyətini ətraflı şəkildə məlumatlandırmaq və məsləhətlər vermək;
- Risk iştahası bəyannaməsi, risklərin idarə edilməsi siyasətləri və icra prosedurlarını hazırlamaq;
- Riskin ölçülməsi modellərinin dizaynı, seçilməsi, tətbiqi və ilkin təsdiqi prosesində iştirak etmək, müvafiq modelləri mütəmadi olaraq nəzərdən keçirmək və lazımi dəyişiklikləri etmək;
- Sığortaçının istifadə etdiyi riskin ölçülməsi modellərindən əldə olunan hesablama nəticələri üzrə təhlillər aparmaq və dövri hesabatlar hazırlamaq;
- Risklərin müəyyən edilmiş limitlər daxilində qalmasını təmin etmək və bu prosesə nəzarət etmək;
- Sığortaçının maliyyə dayanıqlılığı ilə bağlı təhlillər aparmaq;
- Riski müşahidə edən və vaxtında tədbirlər görən erkən xəbərdarlıq sistemlərinin yaradılması və istifadəsini həyata keçirmək;
- Hər bir struktur bölmə üzrə yarana biləcək riskin limitlərini qruplaşdırmaq və sığortaçı üzrə ümumi müəyyən edilmiş limitlərə uyğunluğunun monitorinqini aparmaq;
- Motivasiya məqsədli mükafatların müəyyən edilməsindən yaranan risklərin monitorinqini aparmaq.
İş şərtləri:
- İş qrafiki: 09:00 – 18:00
- Şirkət tərəfindən korporativ nömrə təmin olunur;
- Şirkət tərəfindən görüşlər üçün sürücü və avtomobil təqdim olunur;
- Əmək haqqı: Müsahibə əsnasında (+bonus sistemi).
Digər məlumatlar:
- Ünvan: Bakı şəhəri, AZ1065, İzmir küçəsi 5 A
- Əlaqə vasitələri: +994 (12) 404 77 74
Qeyd edilən tələblərə uyğun gələn namizədlər CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzuda “Risklərin İdarə edilməsi” şöbəsinə müdir qeyd etməklə göndərə bilərlər.