Veysəloğlu-Rossmann

Şirkət haqqında:
“Veysəloğlu-Rossmann” ölkəmizdə Almaniyanın “Rossmann” firmasının sağlamlıq və şəxsi qulluq məhsullarının “Rossmann” brendli mağazalar vasitəsilə satışını həyata keçirir. “Rossmann” şirkəti 1972-ci ildə Almaniyada Dirk Rossmann tərəfindən qurulub. Bu gün şirkətin Almaniya, Polşa, Macarıstan, Çexiya, İspaniya, Albaniya və Türkiyədə 4300-dən çox mağazası fəaliyyət göstərir. Markanın əsasında sağlamlıq və şəxsi qulluq məhsullarını birlikdə təklif edən pərakəndə satış konsepsiyası dayanır. Qlobal brendlərin məhsullarını sərfəli qiymətlərlə müştərilərə təqdim etmək markanın əsas prinsiplərindən biridir.
“Rossmann” öz məhsullarını heyvanlar üzərində sınamayan markalardandır və heyvanlara zərər verən istənilən davranışı doğru hesab etmir. Brendin məhsulları yalnız dermatoloji olaraq, könüllülər üzərində sınaqdan keçirilir.
Əlaqə vasitələri:
Təmizlikçi
Vəzifə funksiyaları:
- Mağazadaxili gündəlik təmizlik işlərinin aparılması və satış zalının,mətbəxin,anbarın təmizliyinə riayət edilməsi;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi
Namizədə tələblər:
- 35-55 yaş arası
- məsuliyyətli, çevik
- kollektivdə işləmə bacarığı olan xanımlar;
Digər məlumatlar:
- Azərbaycan Respublikası ƏM -nə əsasən rəsmiləşdirmə
- 6 günlük Növbəli iş qrafiki: Növbələr 10:00-22:00 arasında tənzimlənir
- İstirahət günü: Həftə içi 1 gün
- Əmək haqqı: 450 AZN Gross (407 AZN net) + Bonus
- Karyerada irəliləmə imkanı
İş yeri: İçərişəhər və Sahil metrostansiyaları yaxınlığında, Tarqovu ərazisi
Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Təmizlikçi” qeyd edərək Müraciət et düyməsində qeyd olunan email ünvanına yönləndirə bilərlər.
Əlaqə nömrəsi: 055 505 87 17