Kristal Abşeron
Şirkət haqqında:
Şirkət haqqında
2003-cü ildən “Kristal Abşeron” adıyla öz uğurlu fəaliyyətinə başlamış şirkətimiz bugünə qədər etibarlılıq və dürüstlük kimi dəyərlərə əsasalanaraq bir çox böyük layihəyə imza atıb.
Bu gün “Kristal Abşeron” ölkəmizin ən güvənli və keyfiyyətli tikinti şirkətlərindəndir. Şirkətimiz qarşısına qoyduğu məqsədlərə artıq böyük uğurla çatmış və bundan sonrakı fəaliyyətində də bu kursu davam etdirmək əzmindədir.
İndiki və gələcək nəsillərin yaşayacağı dövrə uyğun keyfiyyətli binalar inşa edərək cəmiyyətin sosial həyatına dəstək olmağa çalışan “Kristan Abşeron” üçün sakinlərinin həyat səviyyəsini hər zaman daha yaxşı etmək əsas vəzifələrdən biridir.
Əlaqə vasitələri:
Planlama mühəndisi (İnşaat üzrə)
Vəzifə öhdəlikləri:
- Primavera, MS Project proqramlarında iş qrafikinin yaradılmasınının təmin edilməsi;
- Hazırladığı iş qrafikinə uyğun olaraq layihə çizgilərinin incələnməsi və iş tipinə görə doğru planlamanın təmin edilməsi;
- Podratçıların iş və qiymət qrafiklərinin analiz edilməsi (qiymət və zaman qarşılaşdırılması);
- İş qrafikinə görə layihələrin izlənilməsi və onların gecikmə səbəblərinin aidiyyatı üzrə rəhbərliyə təqdim edilməsi;
- Tikinti sahəsində plan üzrə icranın yerində yoxlanılması.
Tələblər:
- Ali təhsil (inşaat mühəndisliyi ixtisası üzrə);
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsinin olması;
- İnşaat sahəsi üzrə texnoloji ardıcıllıqlar üzrə biliklərin olması;
- Yaxşı səviyyədə Excel biliklərinin olması (icmal cədvəllər və formulalarla qısa zaman çərçivəsində işləmə bacarığı);
- Daimi bilik və bacarıqlarını inkişaf etdirməli;
- Yüksək səviyyədə araşdırma bacarıqların olması.
- Ən az bir Tikinti layihəsi başlanğıcından sonuna qədər planlanması və izlənilməsində iştirak etmək iş ardıcıllıqlarını bilmək,işçi əmək tutum norma və standartlarını bilmək
İş şəraiti:
- 6 günlük iş qrafiki;
- İş yeri: Bakı şəhəri, Hüseynbala Əliyev 32/24
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Planlama mühəndisi (İnşaat üzrə)” yazmaqla Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.