North West Construction

Şirkət haqqında:
Şirkət tikinti sektorunda uğurla fəaliyyət göstərir. Hal-hazırda həyata keçirilən layihələr: “Port Baku Tovers 2”, “Bravo Supermarketlər” və “Azərsu Çirkab Suların Texniki qurğuları”. Birgə fəaliyyət göstərdiyi şirkətlər: “PAŞA İnşaat” MMC, “Azərbaycan Supermarket” MMC, “Aqro Dairy” MMC, “Azərsu” ASC və “R-Pharm” MMC. Cəmiyyətin yaradılmasının və fəaliyyətinin əsas məqsədi müxtəlif növ xidmətlərin göstərilməsi, işlərin görülməsi, xarici və yerli fiziki və hüquqi şəxslərin tələbatlarının təmin edilməsidir. Cəmiyyətin əsas fəaliyyət növləri: Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu, təmir – tikinti işlərinin həyata keçirilməsi. Şirkətin uğurla fəaliyyət göstərməsinin əsas səbəbləri, şirkətin rəhbərliyinin kadr siyasətini düzgün aparmasının, işçinin əmək fəaliyyətini lazımınca qiymətləndirməsinin, eləcə də beynəlxalq təcrübəyə müraciət edilməsinin nəticəsidir. Şirkətə işçi götürüldüyü zaman onun yüksək peşəkarlığına və insani dəyərlərinə həmişə önəm verilir.
Əlaqə vasitələri:
Resepşionist
Vəzifələr:
- Gələn qonaqları və zəngləri qəbul etmək
- Günlük poçt və çatdırılmaları qəbul etmək, çeşidləmək və paylamaq
- Ofis təhlükəsizliyini təmin etmək, təhlükəsizlik prosedurlarına riayət etmək və giriş nəzarətini həyata keçirmək
- Ofis təchizatını sifariş etmək və stokun inventarını aparmaq
- İclaslar cədvəlini hazırlamaq
- Ofis xərcləri və maliyyə qeydlərini müntəzəm şəkildə yeniləmək
- Sənəd və qeydiyyat məlumatlarının məxfiliyini qorumaq
Tələblər:
- Katib referent və ya bənzər vəzifələrdə iş təcrübəsi
- İngilis və Rus dillərində sərbəst danışıq
- Microsoft Office-də mükəmməl bilik.
- Üstün təşkilatçılıq bacarıqları.
- Çoxşaxəli və vaxt idarəetmə bacarıqları, tapşırıqları prioritetləşdirmək qabiliyyəti
Necə müraciət etməli: CV/Rezümeyi cv@nwconstruction.com və ya hr@nwconstruction.com e-poçt ünvanlarına "Receptionist" başlığı ilə göndərin.