Baku Holiday Travel

Şirkət haqqında:
Baku Holiday Travel - aviabiletlər, daxili və xarici səyahət paketləri, biznes səfərləri, bal ayları, müalicə paketləri, viza dəstəyi, transfer kimi xidmətləri göstərən və 2013-cü ildən fəaliyyət göstərən ən tanınmış turizm şirkətlərdən biridir.
Əlaqə vasitələri:
TƏCRÜBƏ PROQRAMI 2025
TƏCRÜBƏ PROQRAMI – MÜŞTƏRİ XİDMƏTLƏRİ | SATIŞ ŞÖBƏSİ | MARKETİNG | TUR MENECERİ | DİGƏR SAHƏLƏR
İngilis və Rus dilləri mütləqdir
Sən də karyerana güclü bir addım atmaq istəyirsənsə, komandamıza qatıl! Aşağıdakı sahələr üzrə təcrübə proqramına start veririk.
Açıq vəzifələr:
- Müştəri Xidmətləri üzrə Təcrübəçi
- Satış Şöbəsi üzrə Təcrübəçi
- Marketing üzrə Təcrübəçi
- Tur Meneceri üzrə Təcrübəçi
- Digər sahələr üzrə Təcrübəçi
Tələblər:
- Ali təhsil (tamamlanmış və ya son kurs tələbəsi)
- İngilis və Rus dillərində sərbəst danışıq qabiliyyəti – mütləqdir
- Yaxşı ünsiyyət və komandada işləmək bacarığı
- Yeni biliklərə açıq olmaq və təşəbbüskar yanaşma
Təklif edirik:
- Peşəkar komandada real iş mühiti
- Təcrübə müddətində mentor dəstəyi
- Uğurlu iştirakçılara iş imkanı
- Yaxşı maaş və stabil iş imkanı
Qeyd: Yol və digər xərclər şirkət tərəfindən qarşılanacaq.
Müraciət qaydası:
CV-nizi və motivasiya məktubunuzu Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına “Təcrübə Proqramı – [istədiyiniz sahə]” başlığı ilə göndərin.
Son müraciət tarixi: 20.06.2025