Sea Breeze Resort & Residences

Şirkət haqqında:
Sea Breeze Resort, Xəzər dənizinin sahilində valehedici bir kurortudur. Mülayim iqlim, dəniz və qumlu çimərliklər müasir premium infrastrukturla tamamlanır: otellər, barlar və restoranlar, yaxta və qayıq limanları, fitness zalları, SPA və Anti-Aging Mərkəzi, tennis kortu, futbol meydançası, xilasetmə və tibbi xidmətlər, uşaq şəhərciyi, gecə-gündüz konsiyerj xidməti və daha çox şey. Bütün bunlar Bakının mərkəzindən arabayla 30 dəqiqəlik məsafədədir!
Əlaqə vasitələri:
Baş Kassir
İş müddəti: 3 ay
Vəzifə öhdəlikləri:
- Kassa əməliyyatlarını izləmək və nəzarətdə saxlamaq;
- Kassa üzrə gün sonu yekun hesabatları aparmaq və təhvil vermək;
- İşçilərinin fəaliyyətinə rəhbərlik və nəzarət etmək;
- Ödəniş əməliyyatlarını həyata keçirən zaman texniki təlimatlara uyğun olaraq müvafiq təhlükəsizlik tədbirlərini görmək;
- Qəbul edilmiş nağd pul vəsaitlərini rəhbərliyin nümayəndəsinə təhvil verəndək yoxlamaq, təhlükəsiz şəkildə saxlamaq;
- Müştərilərin sorğularına gülərüz, nəzakətli və dəqiq şəkildə cavab vermək;
- Nağd pul vəsaitlərinin müəssisənin təhlükəsizlik tələblərinə uyğun olaraq saxlanmasını təmin etmək;
- İmtina olan sifarişin ödənişlərini geri qaytarmaq;
- Gündəlik və dövri hesabatlıq;
- Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədləri tərtib etmək.
Tələblər:
- Yaş: 30-40 yaş arası;
- Təhsil: Ali təhsil;
- Azərbaycan və Rus dilini səlis bilməlidir;
- Baş kassir vəzifəsində min 3 il iş təcrübəsi;
- Nağd pul ödənişləri aparmaq üçün riyazi biliklər;
- Müxtəlif növ kassa aparatları və onların iş mexanizmlərini bilmək;
- Müştərilərlə işləmək bacarığı, müştəri yönümlü olmaq;
- Ünsiyyətcil, məsuliyyətli, işə ciddi yanaşan;
- Kompüter və ofis avadanlıqlarından istifadə;
- İşində dəqiq, məsuliyyətli və dürüst olmaq.
Müraciət forması:
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “Baş kassir” bölməsində qeyd etməklə CV-nizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.