Cronos Construction

Şirkət haqqında:
Şirkətin fəaliyyət növü sənaye və mülki obyektlərin tikintisi, daxili təmir və tamamlama işləri, bünövrə qazıntısı və qazıntı materiallarının daşınması, tikinti işləri aparılacaq sahələrdə yararsız göllərin doldurulması və qurudulması, süni göllərin qurulması, sahələrin tikintiyə hazırlanması, tikinti sonrası abadlaşdırma, isitmə, soyutma, havalandırma, yanğından mühafizə, su təchizatı və kanalizasiya sistemlərinin, qazanxana və nasosxananın quraşdırılmasından ibarətdir.
Əlaqə vasitələri:
İnşaat Üzrə Layihə Rəhbəri
İş yeri: Qarabağ regionu
Vəzifə Öhdəlikləri:
- Tikinti layihələrinin planlaşdırılması, icrası və nəzarətinin həyata keçirilməsi
- Layihənin büdcə, vaxt qrafiki və keyfiyyət standartlarına uyğun idarə edilməsi
- Tikinti-quraşdırma işlərinin layihəyə, normativ sənədlərə və işçi çertyojlara uyğun icrasının təmin olunması
- Tikinti sahəsində istifadə olunan materialların keyfiyyətinə nəzarət
- Tikinti sahələrinə baxış keçirmək və işlərin monitorinqini aparmaq
- Podratçılar və təchizatçılarla əməkdaşlıq, müqavilə şərtlərinin yerinə yetirilməsinə nəzarət
- Layihə-smeta sənədlərinin, iş həcmlərinin və spesifikasiyaların analiz edilməsi
- Tikinti proqramlarının və təqvim qrafiklərinin tərtib edilməsi
- Layihəyə dair hesabatların hazırlanması (vəzifələr sənədi, layihə məlumatları, nəzarət planı, resurs bölgüsü və s.)
- Materialların və konstruksiyaların qəbul olunması, anbara yerləşdirilməsi və sənədləşdirilməsi
- Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət
- Beynəlxalq və yerli tikinti normalarına uyğunluğun təmin edilməsi
Tələblər:
- Ali təhsil – İnşaat mühəndisliyi, memarlıq və ya əlaqəli sahə üzrə
- Minimum 5 il iş təcrübəsi – İnşaat layihələrinin idarə olunması sahəsində
- Tikinti sahəsində normativ aktlar və qaydalar haqqında biliklər
- Layihələrin idarə olunması metodologiyalarını bilmə və tətbiq etmə bacarığı
- Komanda idarəetməsi və liderlik bacarıqları
- Stressə davamlılıq və problemlərin həllində çeviklik – (arzuolunandır)
- MS Office, AutoCAD, Primavera, Microsoft Project və digər müvafiq proqramlardan istifadə bacarığı – (arzuolunandır)
- Azərbaycan dili səlis, rus və ingilis dili biliyi üstünlükdür
İş Şəraiti:
- Əmək haqqı – Təhsil, iş stajı və bacarıqlar nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən edilir
- Peşəkar inkişaf imkanları
Maraqlanan namizədlər CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bizimlə işləyərək peşəkar karyera yüksəlişinizi təmin edin!