"Agrovita" MMC

Şirkət haqqında:
Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Yeni iqtisadi şəraitdə, regional səviyyədə aqrar sahənin məhsuldar inkişafı və səmərəli istifadə olunması mühüm əhəmiyyət kəsb edir.
Aqrar sahənin qarşısında duran mühüm məsələlərdən biri də kənd təsərrüfatı məhsulları istehsalının artırılması ilə yanaşı, istehsalın səmərəliliyinin yüksəldilməsidir.
Məhz bu amili nəzərə alaraq “Agrovita” MMC ölkəmizdə kənd təsərrüfatının inkişaf strategiyasına dəstək olmaq məqsədi ilə 2015-ci ildən etibarən fəaliyyətə başlayıb. Toxum, gübrə, bioloji mübarizə məhsulları, pestisidlər və istixana ləvazimatlarının satışı ilə məşğul olan şirkət ölkəmizdə kənd təsərrüfatı ilə məşğul olan sahibkarların böyük etibarını qazanıb.
İstehsalın intensivləşdirilməsi və səmərəliliyin artırılması məqsədi ilə Şəmkir, Göyçay, Salyan, Sabirabad, Cəlilabad, Masallı, Bərdə, Quba, Xaçmaz rayonlarında, həmçinin Bakı şəhərinin Qala qəsəbəsində “Agrovita” MMC-nin Sərgi Satış Mağazaları fəaliyyət göstərir.
Əlaqə vasitələri:
Əməliyyatçı (Sədərək fillialı)
Əsas vəzifələr:
- Mağazaya aid olan bütün mədaxillərin və məxariclərin qeydiyyatı və sistemləşdirilməsi;
- Kassaya daxil olan pul vəsaitlərin qəbulu və qeydiyyatı;
- Mağaza işlərinin qeydiyyatını aparır, lazımi sənədləri tərtib edir və müəyyən edilmiş hesabatını aparır;
- Müştərilərə məlumat və məsləhət vermək, onlara mağaza xidmətlərini reklam etmək;
Biz Sizə təklif edirik:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Həftədə 6 iş günü, 1 gün istirahət;
- Karyera yüksəlişi imkanı;
- Ödənişsiz təlimlər;
Tələblər:
- Təhsil: Ali və ya orta;
- Azərbaycan dilini səlis bilməli, rus və ya ingilis dillərindən birində özünü ifadə etməyi bacarmalıdır;
- Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.