166 Yükdaşıma və Logistika

Şirkət haqqında:
2012-ci ildə fəaliyyətinə bir neçə yük maşını ilə başlayan “166 Yükdaşıma və Logistika” brendi hazırda yükdaşıma və logistika sahəsi üzrə ölkənin qabaqcıl şirkətlərindən biridir. Yüklərin daşınması yalnız ölkədaxili sərhədlərlə məhdudlaşmır, həmçinin beynəlxalq arenada da həyata keçirilir.
Daim müştərilərimizin xidmətində olmaq və operativ xidmət göstərmək məqsədilə 166 qaynar xəttimiz 7/24 ölkənin istənilən nöqtəsindən zəngləri qəbul edir.
Göstərdiyimiz xidmətin müştərilərimizə rahat və əlçatan olması məqsədilə xidmət sahələrimiz genişlənməyə davam edir. Şirkətimiz yükdaşıma sahəsi ilə fəaliyyətə başlasa da, hazırda müxtəlif kompleks xidmətləri – yükdaşıma, logistika, evakuasiya, işçi qüvvəsi, usta, anbar, təmizlik və xalça yuma xidmətlərini müştərilərinə təqdim edib.
Xidmətlərimizin daha əlçatan olması üçün sərfəli qiymət və hər bir bölgəyə xidmət anlayışları ilə çalışırıq.
166 brendi altında fəaliyyət göstərən hər bir xidmətin keyfiyyətinin ölçülməsi bizim üçün olduqca vacibdir. Bu məqsədlə, mütəmadi olaraq müştərilərimizin göstərilən xidmətlər üzrə fikirlərini öyrənir, təklif və iradlarına əsasən xidmət keyfiyyətini daim təkmilləşdiririk. (ISO 9001:2015 - Keyfiyyət İdarəetmə Sistemi, ISO 45001:2018 - Peşə Sağlamlığı və Əməyin Təhlükəsizliyi İdarəetmə Sistemi və ISO 14001:2015 - Ətraf Mühitin İdarəetmə sistemi üzrə beynəlxalq sertifikatları)
Əlaqə vasitələri:
Middle Copywriter
Tələblər:
- Sosial media üçün kreativ və strukturlaşdırılmış post briflərinin hazırlanması;
- Brend tərzinə uyğun sloqanlar və reklam kampaniyaları üçün mətnlərin yazılması;
- Komandaya aydın və yaradıcı post ideyalarının ötürülməsi;
- Dizaynerlə düzgün ünsiyyət quraraq vizual kontentin effektiv şəkildə hazırlanmasına dəstək olmaq;
- Kontent çəkilişləri üçün ideya və ssenarilər hazırlamaq;
- Foto/video çəkiliş proseslərində brief və yönləndirmə vermək;
- Sosial media trendlərinə uyğun kontentlər yaratmaq;
- Marketinq komandası ilə koordinasiyalı şəkildə işləmək.
Vəzifə öhdəlikləri:
- Copywriting sahəsində minimum 2 illik təcrübə;
- Kreativ və satış yönümlü mətnlər yazmaq bacarığı;
- Azərbaycan dilində yüksək yazı qabiliyyəti (Rus və İngilis dili bilikləri üstünlükdür);
- Sosial media kontentlərinin hazırlanması və paylaşımı ilə bağlı təcrübə;
- Çəkiliş brifləri hazırlamaq və ssenari yazmaq bacarığı;
- Komanda ilə işləmə və deadline-lara əməl etmə bacarığı;
- Trendləri izləmək və onları praktikaya tətbiq etmək bacarığı.
İş şəraiti:
- İş qrafiki: 09:00-18:00;
- Əmək haqqı : Müsahibə əsasında təyin olunacaq.
- Ünvan: Zərifə Əliyeva 55.,Yeni Həyat Plaza.
Uyğun namizədlərdən CV-lərini “Middle Copywriter” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməkləri xahiş olunur.