166 Yükdaşıma və Logistika

Şirkət haqqında:
2012-ci ildə fəaliyyətinə bir neçə yük maşını ilə başlayan “166 Yükdaşıma və Logistika” brendi hazırda yükdaşıma və logistika sahəsi üzrə ölkənin qabaqcıl şirkətlərindən biridir. Yüklərin daşınması yalnız ölkədaxili sərhədlərlə məhdudlaşmır, həmçinin beynəlxalq arenada da həyata keçirilir.
Daim müştərilərimizin xidmətində olmaq və operativ xidmət göstərmək məqsədilə 166 qaynar xəttimiz 7/24 ölkənin istənilən nöqtəsindən zəngləri qəbul edir.
Göstərdiyimiz xidmətin müştərilərimizə rahat və əlçatan olması məqsədilə xidmət sahələrimiz genişlənməyə davam edir. Şirkətimiz yükdaşıma sahəsi ilə fəaliyyətə başlasa da, hazırda müxtəlif kompleks xidmətləri – yükdaşıma, logistika, evakuasiya, işçi qüvvəsi, usta, anbar, təmizlik və xalça yuma xidmətlərini müştərilərinə təqdim edib.
Xidmətlərimizin daha əlçatan olması üçün sərfəli qiymət və hər bir bölgəyə xidmət anlayışları ilə çalışırıq.
166 brendi altında fəaliyyət göstərən hər bir xidmətin keyfiyyətinin ölçülməsi bizim üçün olduqca vacibdir. Bu məqsədlə, mütəmadi olaraq müştərilərimizin göstərilən xidmətlər üzrə fikirlərini öyrənir, təklif və iradlarına əsasən xidmət keyfiyyətini daim təkmilləşdiririk. (ISO 9001:2015 - Keyfiyyət İdarəetmə Sistemi, ISO 45001:2018 - Peşə Sağlamlığı və Əməyin Təhlükəsizliyi İdarəetmə Sistemi və ISO 14001:2015 - Ətraf Mühitin İdarəetmə sistemi üzrə beynəlxalq sertifikatları)
Əlaqə vasitələri:
Qrafik Dizayner
Tələblər:
- Qrafik dizayn sahəsində minimum 4 illik iş təcrübəsi;
- Adobe Creative Suite proqramlarında yüksək səviyyəli bilik (Photoshop, Illustrator.);
- Kreativ düşüncə, estetik zövq və diqqətlilik;
- Sosial media üçün effektiv və trendə uyğun vizuallar yaratmaq bacarığı;
- Komandada işləmə və tapşırıqları vaxtında təhvil vermə bacarığı;
- Kreativ kontent brifləri hazırlamaq təcrübəsi;
- Portfolionun mövcudluğu mütləqdir;
- Komanda ilə işləmə və layihələri idarə etmə bacarığı.
Vəzifə öhdəlikləri:
- Sosial media, digital kampaniyalar, brendinq və digər vizual materiallar üçün dizaynların hazırlanması;
- Brend kimliyinə uyğun vizual konseptlərin yaradılması və tətbiqi;
- Komanda ilə (copywriter, marketinq və SMM) sıx əməkdaşlıq;
- Reklam bannerləri, hekayələr, video üçün coverlar, e-mail şablonları və s. dizaynların hazırlanması;
- Layihələrin deadline və keyfiyyət standartlarına uyğun icra olunması.
İş şəraiti:
- İş qrafiki: 09:00-18:00;
- Əmək haqqı : Müsahibə əsasında təyin olunacaq.
- Ünvan: Zərifə Əliyeva 55.,Yeni Həyat Plaza
Uyğun namizədlərdən CV-lərini “Qrafik Dizayner” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməkləri xahiş olunur